Biləsuvar şəhərindəki Mərkəzi Parkda rayon icra hakimiyyətinin, “Azeri Home Chef” şirkətinin və “Turizmə və Milli Mətbəxin İnkişafına Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə möhtəşəm Hind toyuğu Festivalı keçirilib.
Artıq üçüncü ildir ki, keçirilən festivalda həvəskar aşpazların öz bacarıqlarını nümayiş etdirib, “Yummy Turkey” adlı kulinariya müsabiqəsi keçirilib.
Tədbirdə yerli və paytaxt brendləri, yeməklərin dequstasiyası, məşhur aşpazlardan ustad dərsləri, “Mən rəsm çəkirəm” adlı ən yaxşı rəsm müsabiqəsi, nərd çempionatı, müxtəlif idman yarışları və yerli kənd məhsullarından ibarət satış yarmarkası təşkil edilib.
Cənub bölgəsinin folkloru ilə tanışlıq, eləcə də tanınmış mədəniyyət və incəsənət ustalarının ifasında konsert proqramı və səhnəciklər iştirakçıların marağına səbəb olub.
Festivalda yerli və xarici qonaqlar iştirak ediblər.
Akif AĞAYEV
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.