Gənc cüdoçumuz Süleyman Şükürov ikiqat Avropa çempionu olub
Montoneqronun paytaxtı Podqoritsa şəhərində gənc cüdoçular arasında keçirilən və Azərbaycan təmsilçilərinin də iştirak etdiyi Avropa çempionatı başa çatıb. Çempionatın son günü də Azərbaycan yığması üçün uğurlu olub. Beləki, son gündə tatmıyə çıxan təmsilçilərimizdən biri bütün görüşlərini qələbə ilə başa vuraraq qızıl, ikisi isə çıxışını üçüncü yerdə bitirməklə bürünc medal qazanıb.
Qızıl medal 90 kq çəki dərəcəsində tatamiyə çıxan Süleyman Şükürovun aktivinə yazılıb. Qeyd edək ki, finala aparan yolda müvafiq ardıcıllıqla Fransa, Moldova, Ukrayna və Rusiya təmsilçisini məyus edən Süleyman həlledici görüşdə isə almaniyalı rəqibi Konstantin Disteli ipponla məğlub edib. Bu onun gənclər arasında ikinci çempionluğu olub.
Son günün bürüncləri isə Davud Namazlı (100 kq) ilə Ramazan Əhmədovun (+100 kq) payına düşüb. Cütlüyünüz bürünc uğrunda kiçik finalda müvafiq olaraq Leonhard Fransensi (Hollandiya) və ev sahibi Stefan Kiviniçi məğlub edib.
Bununla da Azərbaycan yığmasının aktivindəki medalların sayı 5-ə (3-0-2) çatıb. Bu nəticə ilə Azərbaycan ümumi komanda hesabında 44 ölkə arasında 2-ci, oğlanlar arasında isə 1-ci yeri tutub. Xatırladaq ki, çempionatın ilk günü cüdoçularımızdan Ayxan Mirzəzadə (60 kq) və Məhəmməd Musayev (66 kq) qızıl medal qazanıb.
İNTİQAM Məmmədov











03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.