"Neftçi SOKAR" 1/4 finala yüksəlib
Sentyabrın 5-də Çinin Şanxay şəhərində 3x3 basketolu üzrə Dünya Qadın Seriyasının (DQS) həlledici final mərhələsinə start verilib. Turnirdə Azərbaycan təmsilçisi "Neftçi SOKAR" klubu da daxil olmaqla, DQS-da 2026-cı il mövsümünü ilk səkkizlildə başa vuran komandalar iki qrupa (A və B) bölünərək mübarizə aparır. A qrupunda "Neftçi SOKAR", Fransa, Hollandiya və Almaniya millisi, B qrupunda isə "Ulaanbaatar Amazons", "Rapid Buxarest", Bejinq və Çin yer alıb.
Artıq qrup oyunları yekunlaşıb. Fransaya 17:15 , Almaniyaya 16:11 hesabla qalib gəlib, Hollandiya millisinə 12:22 hesabla uduzan "Neftçi SOKAR" qrup ikincisi olaraq adını 24 finalçılar sırasına yazdırıb. 1/4 final mərhələsinin oyunları sentyabrın 6-da keçiriləcək.
Xatırladaq ki, "Neftçi SOKAR" ötən il eyni məkanda keçirilən analoji yarışı ikinci yerdə başa vurmuşdu.
Yeri gəlmişkən, "Neftçi SOKAR " DQS-nın 2026-cı il mövsümünü 672 xalla ikinci yerdə başa vurub. Azərbaycan təmsilçisi cədvəldə yalnız Hollandiya (715 xal) millisindən geri qalıb.
İNTİQAM Məmmədov











03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.