Çimərlik voleybolu üzrə U-20-nin AÇ başlayıb
Sentyabrın 3-də İtalyanın Battipaglia şəhərində 20 yaşıl (U-20) gənclər arasında çimərlik voleybolu üzrə Avropa çempionatına start verilib. Sentyabrın 6-dək davam edəcək bu yarışa Azərbaycan həm oğlanlardan, həm də qızlardan ibarət yığma komanda ilə qatılıb. Oğlanların yarışında ölkəmizi İbrahim Məmmədov/Muhəmməd Aslanlı cütlüyü, qızların analoji yarışında isə Səbinə Əlizadə/Leyla Əliyeva dueti təmsil edir.
AVF-dən verilən məlumata görə oğlanlardan ibarət komandamız təsnifat mərhələsində Serbiya komandasını 2:0 (21:6, 21:11) hesabla udaraq əsas mərhələyə keçib və orada da ilk matçında Finıandiyanı məyus edib - 2:1 (14:21, 21:18, 21:10).
Komandamız sentyabrın 4-də Norveçlə üzləşəcək.
Təəssüflər olsun ki, qızlarımız təsnifat mərhələsində Portuqaliya millisinə məğlub olaraq turnirlə erkən vidalaşıb - 0:2 (14:21, 16:21).
Yeri gəlmişkən, 10-13 sentyabr günlərində İspaniyanın paytaxtı Madriddə U-22-nın,
17-20 sentyabr aralığında isə İzmirdə (Türkiyə) U-18-in analoji yarışı keçiriləcək.
İNTİQAM Məmmədov











03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.