09 may 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Ukrayna ilə bağlı danışıqlar prosesi dayanıb

Ukrayna ilə bağlı danışıqlar prosesi dayanıb

NATO Baş Katibinin Xüsusi Nümayəndəsi Azərbaycana səfər edəcək

NATO Baş Katibinin Xüsusi Nümayəndəsi Azərbaycana səfər edəcək

Tramp İranı tezliklə müqaviləni imzalamadığı təqdirdə daha çox zərbə ilə hədələyib

Tramp İranı tezliklə müqaviləni imzalamadığı təqdirdə daha çox zərbə ilə hədələyib

Gürcüstan mayın 11-də yeni Patriarx seçə bilər

Gürcüstan mayın 11-də yeni Patriarx seçə bilər

Neft Akademiyasında baş verən terror aktından 17 il ötür

Neft Akademiyasında baş verən terror aktından 17 il ötür

Böyük bir cinayətkar qrupun 35 üzvü saxlanıldı

Böyük bir cinayətkar qrupun 35 üzvü saxlanıldı

Azərbaycan cinayət işlərinə baxılması qaydalarını yenidən nəzərdən keçirəcək

Azərbaycan cinayət işlərinə baxılması qaydalarını yenidən nəzərdən keçirəcək

Azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər...

Azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər...

Qobustanda baş verən torpaq sürüşməsi nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb

Qobustanda baş verən torpaq sürüşməsi nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb

28 Mart - Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günüdür

28 Mart - Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günüdür

İlham Tumas: Polad belə Polad idi...

İlham Tumas: Polad belə Polad idi...

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Masallıda igid kəşfiyyatçı anılıb

Masallıda igid kəşfiyyatçı anılıb

Şəhid Faiq Şükürovun xatirəsi anılıb - MASALLIDA

Aprel döyüşləri şəhidi Nurlan Əsgərlinin anım günü

“Zəfər ruhlu analar” – Masallıda tədbir

“Zəfər ruhlu analar” – Masallıda tədbir

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. AZpress - ÖZƏL
AZpress - ÖZƏL

Özünü əsgərlərinə sipər edən zabit

2 il əvvəl 1039 01

Özünü əsgərlərinə sipər edən zabit

Cəsur komandir: ”Qorxu ölüm deməkdir”

Qısa tanıtım: Azərbaycan Silahlı Qüvvələrinin zabiti, şəhid baş leytenant Yusifli Şəmistan Şükran oğlu 16 yanvar 1998-ci ildə Masallı rayonunun Xırmandalı kəndində anadan olub. 2015-ci ildə şəhid Xıdır Məmmədov adına Xırmandalı kənd tam orta məktəbini əla qiymətlərlə bitirən Şəmistan həmin il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. “Xüsusi təyinatlı texnika və sistemlər” ixtisası üzrə ali təhsil alıb, “Yerüstü artilleriya bölmə, hissə və birləşmələrin döyüşə tətbiqi” üzrə sertifikata layiq görülüb.

Ali hərbi məktəbi bitirdikdən sonra, yəni 2019-cu ilin iyun ayından Ağstafa, Tovuz və Kəlbəcər rayonlarındakı hərbi hissələrdə xidmət edib. Dəfələrlə rəhbərlik tərəfindən fəxri fərmanla mükafatlandırılıb.

Tovuz döyüşləri zamanı, həmyerlisi, şəhid mayor Anar Novruzovla birgə düşmənə qarşı döyüşüb.

Vətən müharibəsində iştirak edib. Kəlbəcər, Cəbrayıl, Qubadlı istiqamətindəki döyüşlərdə böyük qəhrəmanlıqlar göstərib.  44 günlük döyüşlərdə göstərdiyi igidliyə görə ölkə Prezidentinin müvafiq sərəncamları ilə “Kəlbəcərin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medallarına layiq görülüb.

2022-ci ilin sentyabr ayında Kəlbəcər istiqamətində düşmənin genişmiqyaslı təxribatının qarşısının alıanmasında, Cermux əməliyyatında ona həvalə edilən döyüş tapşırıqlarının uğurlu icrasına nail olub.

Silahlı Qüvvələrimiz tərəfindən 2023-cü il 19-20 sentyabr tarixində Qarabağ bölgəsində həyata keçirilən lokal xarakterli antiterror tədbirlərində xüsusi fədakarlıq nümayiş etdirən cəsur döyüşçü sentyabrın 20-də Ağdərə istiqamətindəki döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. Anadan olduğu kənd qəbiristanlığında torpağa tapşırılıb.

Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” medalı ilə təltif edilib.

Hər dəfə şəhid evinə yollananda, o müqəddəs ocağa, bəy otağı kimi bəzədilmiş məkana qədəm qoyanda bu pəhləvan cüssəli igidləri min bir əzab-əziyyətlə boya-başa çatdırmış ata-ananın çəkdikləri dərdin ağırlığını hiss etsəm də mənən rahatlanıram. Rahatlanıram ki, onlara təsəlli olacaq bu kiçik yazım qəhrəman övladlarının əbədi yaşar xatirəsinə töhfəmdir.

Od düşdüyü yeri yaxar, deyirlər. Gözlərinə baxmaq olmur Şükran atanın. Danışdıqca kövrəlir, hər suala titrəyə-titrəyə cavab verir: “Çətin günlərimiz çox olub. Dörd bacının tək qardaşı idi Şəmistan. Orta məktəbi əla qiymətlərlə bitirmişdi. Digər universitetlərə məsləhət bilsəm də öz istəyilə ali hərbi məktəbə getdi. Məktəb illərindən idmana marağı vardı. Sanki öncədən özünü hazırlayırmış. Ağır artilleriya komandiri idi. Vətən müharibəsində Şuşaya qədər döyüş yolu keçmişdi. Deyəndə ki, özündən muğayat ol, cavab verərdi: - Əgər əynimə bu paltarı geymişəmsə ölümdən qorxmamalıyam. Şəhid olacaqamsa, demək, qismətimə, taleyimə belə yazılıb...

Canını çox sevdiyi Vətən yolunda fəda edərək şəhidlik zirvəsinə ucaldı nakam balam. Onun qəhrəmanlığı ilə qürur duyur, fəxr edirəm.”

Döyüş yoldaşları: “Bizi qoruyan mələk”

Mayor Elvin Həşimov: “Dörd il idi ki, birgə xidmət edirdik. Nizam-intizamı, cəsurluğu ilə seçilirdi. Vətən müharibəsində, Daşkəsən, Kəlbəcər istiqamətindəki döyüş əməliyyatlarında iştirak etmişik. Baş leytenant Şəmistan Yusifli düşmənin canlı qüvvəsini, atəş vasitələri və idarəetmə məntəqələrini, uzunmüddətli tikililərini idarə etdiyi bölmə tərəfindən dəqiq atəşlərlə məhv edərək şücaət göstərib. Oktyabrın 18-də cəbhənin Cəbrayıl, Qubadlı istiqamətində döyüş tapşırığını yerinə yetirirdik. Rəşadətli döyüşçümüz Ş.Yusifli Cəbrayılın Dağ Tumas kəndində bölməsini yerləşdirərək, düşmənin ən vacib ərazi və strateji yüksəkliklərinin dayaq məntəqəsinin ələ keçirilməsində peşəkarlıq göstərdi.

2022-ci ilin sentyabrında Kəlbəcər istiqamətində düşmənin növbəti təxribatına qarşı əks-hücum əməliyyatlarında da qarşı tərəfə layiqli cavab vermişik.

Birlikdə keçirdiyimiz son döyüş isə antiterror əməliyyatları oldu...”

Kapitan Şəmistan Məmmədzadə: “Divizionun ayrı-ayrı bölmələrində xidmət aparsaq da tez-tez görüşərdik. Onunla birgə olarkən yorğunluğumuzu unudardıq. Hər ikimiz Masallıdan olduğumuz üçün bir-birimizi “yerli” deyə çağırardıq. Hətta çox vaxtı rayona da birlikdə gedib-gələrdik. Pozitiv, zarafcıl, üzügülər insan idi. Odur ki, uzun yolumuz da qısa olardı. Yəni, 2019-cu ildən həm döyüş yoldaşı, həm də yol yoldaşı olmuşuq...

Qeyri-qanuni erməni silahlı birləşmələrinə qarşı aparılan lokal xarakterli antiterror əməliyyatlarında qarşı tərəfə bir saatlıq artilleriya zərbələrindən sonra yerdəyişmələr edirdik. Biz ayrıldıqdan 25-30 dəqiqə sonra eşitdiyim xəbər məni bərk sarsıtdı, bir anlıq duruxdum. İnanmaq istəmirdim. Biz adaş olduğumuzdan döyüş yoldaşlarım əvvəlcə mənim şəhid olduğumu zənn ediblər. Batareyanın baş zabiti Şəmistan Yusifli, mayor Sənan Qasımovu itirmək bizimçün böyük zərbə oldu.”

Baş leytenant Elşən Qafarov: “Zabit kimi xidmətə başladığı ilk günlərdən diqqəti özünə çəkib. Sonradan bacarıqlı taqım komandiri kimi kollektivdə böyük nüfuza sahib oldu. Son döyüşlərdəki qəhrəmanlığı isə dillərdə əzbərdir. Bu gün həyatda sağ qalmağımızdan ötrü ona borcluyuq.”

Müddətdən artıq xidmət edən əsgər Sərdar Kərimov: “Savadlı, tələbkar, əsgərlərinin qayğısına qalan qorxubilməz komandir idi.

Antiterror əməliyyatları zamanı ağır artilleriya atəşlərindən qorunmaqdan ötrü şəxsi heyətin daldanacaqlara yerləşməsindən tam əmin olarduqdan sonra qərargah rəisi ilə birgə özünü bizə sipər etdi.

Əfsus ki, bu döyüşdəki qələbə sevincini bizimlə bərabər yaşaya bilmədi.”

Baş çavuş Elməddin Həsənquliyev: “Bir-birimizə qardaş kimi olmuşuq. Yemək-içməyimiz bir yerdə olub. Səliqəli geyinərdi. Döyüşlərə gedərkən sağollaşmazdıq. Amma son əməliyyata yollanarkən məni qucaqlayanda dedim ki, narahat olma, hər kəs qayıdacaq. Bilsəydim belə olacaq, onu köksümə bərk-bərk sıxardım. İndi gözüm hər yerdə Şəmistanı axtarır.”

Atəş dəstək qrupunun radiotelefonçusu, əsgər Samir Əzizov: “Üstümüzdə zəhməti çox olub. Onunla birgə postda olmağımdan qürur duymuşam. “Qorxu ölüm deməkdir” deyən komandirimizin son döyüşü zamanı əsgərlərinin xilası üçün etdiyi fədaraklıq isə unudulası deyil.”

Akif AĞAYEV,

mart, 2024.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Bakı Ekspo Mərkəzində Beynəlxalq Kənd Təsərrüfatı və Qida Sərgiləri davam edir

Bakı Ekspo Mərkəzində Beynəlxalq Kənd Təsərrüfatı və Qida Sərgiləri davam edir

John Doe 1 gün əvvəl

Bakıda Qazaxıstan incəsənəti sərgisi açılıb

Bakıda Qazaxıstan incəsənəti sərgisi açılıb

John Doe 1 gün əvvəl

Bakıda Beynəlxalq Kənd Təsərrüfatı və Qida Sənayesi Sərgiləri keçirilir

Bakıda Beynəlxalq Kənd Təsərrüfatı və Qida Sənayesi Sərgiləri keçirilir

John Doe 1 gün əvvəl

Şəhər Mədəniyyət Evində Ulu Öndərin ad gününə həsr olunmuş tədbir keçirilib

Şəhər Mədəniyyət Evində Ulu Öndərin ad gününə həsr olunmuş tədbir keçirilib

John Doe 1 gün əvvəl

“Bir ocaqda iki şairin işığı” adlı anım tədbiri keçirilib

“Bir ocaqda iki şairin işığı” adlı anım tədbiri keçirilib

John Doe 1 gün əvvəl

Yeniyetmə tennisçilərin ölkə birinciliyi start götürüb

Yeniyetmə tennisçilərin ölkə birinciliyi start götürüb

John Doe 2 gün əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyev 19-cu “Caspian Agro Week” və 31-ci “InterFood Azerbaijan” sərgiləri ilə tanış olub

İlham Əliyev 19-cu “Caspian Agro Week” v...

7 may 2026 16:26:27
• İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edib}

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantıs...

4 may 2026 14:48:38
• İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib +FOTO=48}

İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan...

2 may 2026 13:56:16
• Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası ilə bağlı təlimatlar barədə razılığa gəliblər}

Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası ilə bağl...

29 aprel 2026 20:03:07
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com