Ərkivan qəsəbəsində, Bağlakücədə mərasim evi istifadəyə verilib – Masallı
Azərbaycanın hər yerində olduğu kimi Masallıda da adət-ənənələrimizin, milli-mənəvi dəyərlərimizin qorunub yaşadılması diqqət mərkəzindədir. Son illər rayonun müxtəlif ərazilərində inşa edilən məscid və mərasim evləri buna bariz nümunədir.
Növbəti nümunəvi addım Ərkivan qəsəbəsində atılıb.
Noyabrın 30-da Bağlakücə məhəlləsində yerli iş adamları və sakinlərin maddi dəstəyi ilə tikilən mərasim evi istifadəyə verilib.
300 yerlik mərasim evi kişilər və qadınlar üçün olmaqla 2 zaldan, mətbəx və anbardan ibarətdir. Otaqlar istilik sistemi və lazımi avadanlıqlarla təchiz edilib.
Mərasim evinin istifadəyə verilməsilə bağlı keçirilən tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, din xadimləri, qəsəbə sakinləri iştirak ediblər.
Ehsan süfrəsi arxasında ölkəmizin əmin-amanlığı, xalqımızın birliyi, şəhidlərimizin ruhuna dualar oxunub.
Mərasim evinin istifadəyə verilməsi sakinlər tərəfindən minnətdarlıqla qarşılanıb.
Bildirilib ki, yeni binanın inşası dini mərasimlərin rahat şəkildə keçirilməsində, eləcə də əlavə xərclərin qarşısının alınmasında əhəmiyyətlidir.
Akif AĞAYEV
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.