E.Şakir:
Səsim mütləq üstünlüklə QALİB gələcək şəxsə veriləcək!
Son on - on beş ilin bütün seçkilərində adımın seçki siyahısında olmamağı səbəbi ilə seçki komissiyasının üzvlərinə şəxsiyyət vəsiqəsiqəmi təqdim etməklə özüm əlavə etdirmişəm.
Nə gizlədim, o qədər də xoş, ürəkaçan hal olmayıb - sən həvəslə səsverməyə gələsən, adın siyahıda olmaya! Adam məyusluqdan geri dönüb məntəqəni tərk etmək istər.
Dünən axşamüstü bir də görürəm ki, yaşadığım rayonun icra nümayəndələri ədəb-ərkanla təşrif buyurublar bizə! Evə dəvət elədim, oturduq, söhbətləşdik ordan-burdan, sonunda əvvəlki dərdimi söylədim. Dinlədilər, sağollaşıb getdilər.
Bu gün səhərin gözü açılmamış qapı döyülür və... həyatımda ilk dəfə evimizə, ailə üzvlərinin hər birinin adına Seçki bülleteni təqdim olunur!
WOW!
Müstəqillik dövründə onsuz da bütün Seçkidə iştirak etmişəm.
Edirəm və edəcəm.
Harda oluramsa olum, adım siyahıda olsa da, olmasa da!
Çünki, VƏTƏNDAŞAM!
Bu Seçki İLK dəfə hər birimiz üçün yep-yeni, həyatımız boyu bu qədər BÜTÖV, bu qədər MÜSTƏQİL olmadığımız bir ölkədə - arzularımızın, yuxularımızın gerçəyə, Qarabağımızın Azərbaycana əbədiyyən döndüyü bir məmləkətdə - AZƏRBAYCANda keçirilir!
Səsim isə...
Səsim mütləq üstünlüklə - gələcək QALİB, QALİB gələcək şəxsə veriləcək!
QALİBİ siz də əla tanıyırsız!
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.