Faiq İsmayılov:
Qadın baş geyimi siyasi alətə çevrilməməlidir
Tarixən, Azərbaycan xanımlarının ənənəvi baş geyimləri xalqımızın maddi-mədəni irsinin, milli geyim mədəniyyətinin və tarixi-etnoqrafik ənənələrinin mühüm tərkib hissəsidir. Bu geyimlər qadınların yaşını, ailə vəziyyətini, sosial mövqeyini, yaşadığı bölgəni və estetik zövqünü ifadə edən mədəni göstəricilərdən biri olmuşdur.
Azərbaycan qadınlarının baş geyimləri forma, material, rəng, bəzək elementləri və istifadə üsullarına görə fərqlənmişdir. Onların hazırlanmasında ipək, pambıq, yun, məxmər, zərxara, tirmə, gümüş, qızıl saplar və müxtəlif bəzək əşyalarından istifadə olunurdu.

Azərbaycan xanımlarının baş geyimləri milli ənənələrlə sıx bağlıdır və xalqımızın tarixi-mədəni irsinin mühüm tərkib hissəsini təşkil edir. Onların forması, rəngləri, bəzəkləri və istifadə xüsusiyyətləri nəsildən-nəslə ötürülən geyim mədəniyyətini, regional özünəməxsusluğu, qadınların estetik zövqünü və ailə-mərasim ənənələrini əks etdirir. Kəlağayı, müxtəlif başlıqlar, örpəklər və digər ənənəvi baş geyimləri Azərbaycan qadınının milli kimliyini, zərifliyini və mədəni yaddaşını ifadə edən dəyərli irs nümunələridir.
Qadınların baş geyimləri onun dini əqidəsinə təsir etmir, baş geyiminin özü insanın dini əqidəsini müəyyən etmir və onun nə dərəcədə dindar olduğunu sübut etmir. Qadınların baş geyimləri — hicab, çadra, yaylıq, kəlağayı və digər örtüklər — müəyyən hallarda dini əqidənin ifadəsinə təsir göstərə bilər. Beləki, Qadının baş geyimi onun dini əqidəsinin ifadə vasitələrindən biri ola bilər, lakin əqidənin özü deyil. İnsanın dini inancı yalnız geyimi ilə deyil, onun şəxsi etiqadı və özünün ifadə etdiyi mənəvi mövqeyi ilə əlaqəlidir.
Baş geyimi məsələsində əsas meyar zahiri görünüşü dini inancın özü ilə eyniləşdirməmək, milli ənənələri qorumaq və insanın vicdan azadlığına hörmət etməkdir. Qadın baş geyimlərini araşdırarkən haqlı bir sualla qarşılaşırıq bəs bu baş geyimləri arasında Hicab nədir?- Hicab ərəb mənşəli sözdür və ilkin mənada örtük, pərdə, maneə, ayırıcı deməkdir. İslam dini kontekstində hicab anlayışı həm geyim və örtünmə qaydalarını, həm də həya, təvazökarlıq və davranış normalarını ifadə edir.

Hicabı bütövlükdə yalnız bir xalqın milli geyimi hesab etmək düzgün deyil. O, müxtəlif müsəlman xalqlarının geyim ənənələrində fərqli formalarda mövcud olan dini və mədəni geyim elementidir.
Dini geyim kimi Azərbaycanın ənənəvi qadın geyimində kəlağayı, çalma, örpək, yaylıq Zvə digər baş örtükləri istifadə olunub. Bu geyimlər tarixi, regional, sosial və estetik xüsusiyyətlərinə görə fərqlənir. Onların hamısını hicabla eyniləşdirmək olmaz.
Hicab dini inanc, şəxsi seçim və mənəvi dəyərlərlə bağlı məsələdir. O, siyasi mübarizənin, ideoloji qarşıdurmanın və cəmiyyəti parçalamağa yönəlmiş manipulyasiyaların alətinə çevrilməməlidir. Dini dəyərlər siyasi maraqlara xidmət etmək üçün deyil, insanın mənəvi dünyasının və vicdan azadlığının bir hissəsi kimi yaşanmalıdır.
Azərbaycan məktəblərində hicabla bağlı yaranan mübahisələri təhlil edərkən dini azadlıq, dünyəvi dövlət prinsipi, təhsil müəssisələrinin qaydaları, milli geyim ənənələri və ictimai asayiş məsələlərini nəzərə almaq lazımdır. Əsas meyar qanunun aliliyi, insan hüquqları, təhsil hüququ və ictimai sabitlikdir.
Əsas məsələ hicabın özündən daha çox onun hansı şəraitdə, hansı hüquqi çərçivədə və hansı məqsədlə ictimai müzakirə predmetinə çevrilməsidir. Dini geyimə münasibət fərqli ola bilər, lakin bu fərqlər zorakılığa, təhdidə və ya insanların hüquqlarının pozulmasına əsas vermir.
Hicabı məktəblərdə siysi alətə çevirmək istəyənlər anlamalıdırlar ki, məktəbli geyimləri təhsil müəssisəsinin tərbiyəvi mühiti, cəmiyyətin mədəni dəyərləri, milli ənənələr, uşaqların yaş xüsusiyyətləri və müasir geyim dizaynının tələbləri əsasında formalaşdırılır. Məktəbli geyimi yalnız gündəlik geyim deyil, həm də məktəb mədəniyyətini, nizam-intizamı, sosial bərabərliyi və kollektiv mənsubiyyəti ifadə edən vasitədir.
Məktəbli geyimi yalnız xarici görünüş məsələsi deyil, həm də təhsil müəssisəsində sosial bərabərliyin, vahid məktəb mühitinin və şagirdlər arasında qarşılıqlı hörmətin formalaşmasına xidmət edən mühüm vasitədir. Məktəbli geyimi bütün şagirdlər üçün bərabərlik norması kimi, ailələrin maddi imkanları uşaqların geyimləri vasitəsilə fərqləndirilməsinə səbəb olmamalıdır.

Məktəbdə bərabərlik uşaqların eyni geyimi geyinməsi ilə məhdudlaşmır. Əsas məqsəd hər bir şagirdin mənşəyindən, ailəsinin maddi vəziyyətindən və sosial mövqeyindən asılı olmayaraq eyni hörmətə, təhsil imkanlarına və təhlükəsiz mühitə malik olmasıdır. Burada bəzi xarici qüvvələrin təsiri ilə hicabın məktəblərdə tətbiqi məktəb qaydaları ilə uzlaşmır.
Hicab nə siyasi sədaqətin göstəricisi, nə də kimisə ittiham etmək vasitəsi olmalıdır. Əsas məsələ insanın hüquqlarına, azadlığına və ləyaqətinə hörmət etmək, dini dəyərlərin siyasi məqsədlər üçün istismarına imkan verməməkdir.

Dini dəyərlər siyasi qarşıdurma yaratmaq üçün deyil, insanın mənəvi dünyasını zənginləşdirmək və cəmiyyətdə qarşılıqlı hörməti gücləndirmək üçün yaşadılır. İnsanların geyim seçimi onların ləyaqətinə, hüquqlarına və cəmiyyətdəki mövqeyinə təsir göstərən ayrı-seçkilik meyarına çevrilməməlidir. Məktəb direktorunun maşınının yandırılması, məktəbin şüşələrinin sındırılması və ya məktəbi yandırmağa cəhd edilməsi cinayət hadisəsidir, bu hadisələrə hüquqi qaydada qiymət verilməlidir.
Hicab məsələsi siyasi qarşıdurma mövzusu deyil, insanın vicdan azadlığına, şəxsi seçiminə və hüquqlarına hörmət çərçivəsində müzakirə edilməlidir. Dini inancları siyasi məqsədlərə tabe etmək də, dini geyimə görə insanları damğalamaq da cəmiyyətdə qarşılıqlı etimadı zəiflədir.
Hicab yalnız qanuni, zəruri və mütənasib əsaslar olduqda müəyyən şəraitdə məhdudlaşdırıla bilər. Onun siyasi mübahisələrdə istifadə olunması isə öz-özlüyündə ümumi qadağanı əsaslandırmır. Əsas prinsip həm hicab taxan, həm də taxmayan şəxsin hüquqlarını qorumaqdır.

Hicab məsələsindən istifadə edərək ictimai asayişi pozmaq, zorakılığa çağırmaq, insanlara hücum etmək və iğtişaşlar törətmək qanunazidd əməllərdir. Belə insanlar qanunla cəzalandırılmalıdır. Dini inanc və geyim məsələləri cəmiyyətdə qarşıdurma yaratmaq, ictimai sabitliyi pozmaq və qanunu pozmaq üçün vasitəyə çevrilməməlidir.
Hicab dini inanc məsələsidir, iğtişaş və təxribat vasitəsi deyil. Dini simvollardan istifadə etməklə zorakılığa, ictimai qarşıdurmaya və qanunazidd hərəkətlərə yol vermək yolverilməzdir. Həm dini etiqad azadlığı, həm də ictimai təhlükəsizlik qanun çərçivəsində qorunmalıdır.
Faiq İsmayılov
Azərbaycanın İşğaldan Azad Edilmiş Ərazilərindəki
Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı
ictimai birliyinin sədri.











03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.