Dr.Alptekin Cihangir İşbilir AZpress.AZ İnformasiya Agentliyinə müsahibə verib +VİDEO/FOTO=38
Türkiyə və Azərbaycan "Bir millət, iki dövlət" şüarına uyğun olaraq siyasi, iqtisadi, hərbi, mədəni və enerji sahələrində strateji müttəfiq kimi sıx əməkdaşlıq edirlər. Bu əlaqələr hər iki ölkənin qlobal və regional sabitliyinin qorunmasında əsas rol oynayır. Bu iki dövlət digər sahələrdə olduğu kimi media sahəsində də sıx əməkdaşlıq edirlər.
Türkiyə və Azərbaycan arasında media və kommunikasiya sahəsindəki əməkdaşlıq "Bir millət, iki dövlət" prinsipinə uyğun olaraq strateji mütəffiqlik səviyyəsində inkişaf edir. Bu tərəfdaşlığın əsas sütununu "Türkiyə-Azərbaycan Birgə Media Platforması" təşkil edir. Birgə Media Platforması çərçivəsində İctimai diplomatiya, Beynəlxalq media, Strateji kommunikasiya, Təhsil, Qanunvericilik və tənzimləmə, eləcə də Rəqəmsallaşma kimi xüsusi komitələr fəaliyyət göstərir.
Xatırladaq ki, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında" Anlaşma Memorandumu 10 dekabr 2020-ci il tarixində Bakı şəhərində imzalanıb. Sənəd 1 fevral 2021-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya olunaraq qüvvəyə minib.
Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Dr. Alptekin Cihangir İşbilir bəy AZpress.AZ Video-Foto İnformasiya Agentliyinə müsahibə verib.
Dr.Cihangir İşbilir bəy bildirib ki, Azərbaycan və Türkiyə arasında media, informasiya və strateji kommunikasiya sahələrindəki əməkdaşlığın sıxlaşdırılmasında fəal rol oynayan mühüm diplomatik və akademik simalardan biridir.
Cihangir İşbilirin media sahəsindəki fəaliyyəti, çıxışları və təşəbbüsləri həm Azərbaycan-Türkiyə münasibətlərində, həm də Türk dünyasının vahid informasiya məkanının formalaşmasında mühüm yer tutur. O, medianı hücum və ya sadəcə xəbər vasitəsi kimi deyil, milli təhlükəsizlik və müdafiə xətti kimi görür. İşbilir Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində ortaq media strategiyasının tərəfdarıdır.
Qeyd edək ki, Dr.Cihangir İşbilir bəy eyni zamanda beynəlxalq münasibətlər və İslam dünyası üzrə analitik araşdırmaları ilə tanınan ekspert və yazardır.
Rasim Sadıxov,
Xeyransa İsmayılova.
AZpress.AZ Video-Foto İnformasiya Agentliyi həmin müsahibəni geniş şəkildə oxuculara təqdim edir:



.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)








03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.