“İnklüzivliyin Sirri” adlı konfrans uğurla baş tutdu +FOTO=16
20 iyun tarixində Bakı Gənclər Mərkəzində "Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə", “Şəhərsalma və Memarlıq İli”nə və 14 İyun – Beynəlxalq Qan Donorluğu Gününə həsr olunmuş “İnklüzivliyin Sirri” adlı konfrans keçirildi.
Tədbir Bakı Gənclər Mərkəzi, Inclusive Organization Company və “Ümidlə Gəl” xeyriyyə layihəsinin birgə təşkilatçılığı ilə həyata keçirildi. Konfransın rəsmi tərəfdaşları Yeni Azərbaycan Partiyası Nizami Rayon Təşkilatı, Respublika Qan Bankı, Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi və UNEC nəzdində Sosial-İqtisadi Kollec oldu. Layihəyə “Qüsursuz Nitq” Nitq və Psixologiya Mərkəzi və Azimli Group MMC tərəfindən təşkilati dəstək göstərildi.
Konfransın əsas məqsədi inklüziv cəmiyyət ideyasının təşviqi, xüsusi qayğıya ehtiyacı olan şəxslərin cəmiyyətə inteqrasiyasının dəstəklənməsi, onların potensial imkanlarının üzə çıxarılması istiqamətində mütəxəssislərin rolunun vurğulanması, eləcə də ictimai maarifləndirmənin gücləndirilməsi oldu.
İki paneldən ibarət olan konfransda dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, təhsil, səhiyyə, psixologiya və inklüziv inkişaf sahəsində fəaliyyət göstərən mütəxəssislər iştirak edərək aktual mövzular ətrafında çıxışlar etdilər.
Tədbirin rəsmi hissəsində Milli Məclisin deputatı Ceyhun Məmmədov, Yeni Azərbaycan Partiyası Nizami Rayon Təşkilatının sədr müavini Rəşadət Xalıqov, Azərbaycan Rəssamlar İttifaqının və UNESCO Beynəlxalq İncəsənət Assosiasiyasının üzvü Mehriban Alışova, Respublika Qan Bankı Donorun ilkin müayinəsi şöbəsinin müdiri Günel Əliyeva, Azərbaycan Respublikasinın Şəhid ailələri, Əlilləri VƏ müharibə veteranlarinin hüquqlarınin müdafasi təşkilatınin sədr müavini, Vətən müharibəsi qazisi Ramin Şirinov, “Qüsursuz Nitq” Nitq və Psixologiya Mərkəzinin rəhbəri, loqoped-defektoloq Esmira Qafarova çıxış edərək inklüzivliyin cəmiyyət üçün əhəmiyyətindən, qan donorluğunun insan həyatındakı rolundan və sosial həmrəyliyin gücləndirilməsinin vacibliyindən danışdılar.
Konfransın ikinci panelində UNEC nəzdində Sosial-İqtisadi Kollecin direktoru Mübariz Hacıbəyov, V çağırış Milli Məclisin deputatı və Bakı şəhəri 295 nömrəli tam orta məktəbin direktoru Dilarə Cəbrayılova, Nur İnklüziv Mərkəzinin təsisçisi və rəhbəri Aytən Ələsgərova, psixopedaqoq Ülkər Həmidova, Mücrü reabilistasiya mərkəzinin rəhbəri, loqoped Nuranə Kazımlı, Seral Nitq İnkişaf Mərkəzinin rəhbəri, loqoped Xəyalə Rəhmanova, Uşaq İnkişaf Mərkəzinin rəhbəri Aysel Mirzəli, Fərid Mustafayev, Ümid Yeri İnklüziv İnkişad Mərkəzinin rəhbəri Rəhimə Məmmədova çıxış edərək inklüziv təhsil, reabilitasiya, psixoloji dəstək, sosial inteqrasiya və cəmiyyətin bütün üzvləri üçün bərabər imkanların yaradılması istiqamətində fikir və təcrübələrini bölüşdülər. Həmçinin tədbirin gedişatında müxtəlif suallar mütəxəssislərimiz tərəfindən cavablandırıldı və bir çox xüsusi qayğıya ehtiyacı olan şəxs mərkəz rəhbərləri tərəfindən tamamilə ödənişsiz müayinəyə götürüldü.
Tədbir çərçivəsində inklüzivliyin inkişafı, xüsusi qayğıya ehtiyacı olan şəxslərin cəmiyyət həyatında fəal iştirakı, qan donorluğunun təşviqi və sosial məsuliyyət mövzuları geniş müzakirə edildi. Konfrans iştirakçılar tərəfindən böyük maraqla qarşılandı və inklüziv cəmiyyətin qurulmasına töhfə verən vacib platformalardan biri kimi qiymətləndirildi.
Konfransın sonunda inklüziv dəyərlərin təbliğinə və layihənin həyata keçirilməsinə göstərilən dəstəyə görə bir sıra şəxslər təltif olundular.
Fotolar: Rüstəm İsmayılov


.jpeg)
.jpg)
.jpeg)
.jpg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)









03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.