Bəybala Mirzəyev:
Güneyli soydaşlarımız futbolda da, film sektorunda da bizdən çox-çox öndədirlər
Fərqə baxın...
Quzey Azərbaycanda ayaz salayevlər, röyalar və onların tərəfdarları Kann Film Festivalında sadəcə qırmızı xalçanın üzərindən keçə bilmək məsələsinə görə bir-birilərini diddikləri halda, Güney Azərbaycandan olan tanınmış rejissor Cəfər Pənahi isə “Sadə bir qəza” filminə görə Kann kinofestivalında “Qızıl palma budağı” mükafatını qazanıb.
Biri də yarızarafat, yarıgerçək yazıb ki, "biz hökmən birləşməliyik, onda bizim kinomuz da olacaq, futbolumuz da".
Bəli, güneyli soydaşlarımız futbolda da, film sektorunda da bizdən həqiqətən də çox-çox öndədirlər.
Etiraf etməliyik.
* * *
Айдан Джамал
Amma Ayaz beyin sozunde heqiqet vardi…
Beybala Mirzeyev
Aydan Habibi, əlbəttə, Ayaz bəyin sözündə həqiqət vardı. Ancaq Ayaz bəyin də günahı odur ki, o, indiyə qədər Kann Festivalında yüksək mükafat ala biləcək birdənə də normal film çəkməyib.
Айдан Джамал
Beybala Mirzeyev sizce bu asanddi? Bes maliyyə…??? Bizim filmimizin zeif olmasinin gunahi tek Ayaz beydedirmi? İncesenet xadimləri dovlət və yaxudda bu işə dəsyək oluna biləcək maliyyə baximindan muyyən insanlar olsa dusunurem Ayaz bəydə bu işə həvəslə addim atardi. Amma gundəm başqa yondədir bu saat zovgsuz mahnilar sesi olmuyan mugənillər v s və ilaxir
Beybala Mirzeyev
Aydan xanım, yox, asan deyil. Dünya səviyyəsində film çəkmək üçün çox şey tələb olunur. Maliyyə də öz yerində. Yaxşı film çəkmək üçün milyonlarla vəsait tələb olunur.
Bizim filmlərimizin zəif olmasının səbəbinin Ayaz bəydə olmadığını da bilirəm. Lakin nə Ayaz bəy, nədəki kino industriyasına aid olan digər şəxslər (rejissorlar, aktyorlar, ssenaristlər, prodüserlər, kinokritiklər və s.) bu məsələləri qaldırıb problemlərin həllini Mədəniyyət Nazirliyindən, digər əlaqədar qurumlardan tələb eləmirlər. Prezidentlə görüşəndə də hərə öz şəxsi maraqlarından çıxış edir, biri ev istəyir, o birisi maaş davası edir, digəri də fəxri ad verilməsini xahiş edir...
Gündəmin başqa yöndə olması, zövqsüz mahnılara və səsi olmayan müğənnilərə meydan verilməsi barədə fikrinizlə isə tamamilə razıyam.
P.S. Mən Röyanın musiqilərini dinləmirəm. Onun kobud açıqlamalarını da qəbul etmirəm. Ayaz Salayevi də dəstəkləmirəm.
P.P.S. Yeri gəlmişkən, Kann Festivalında mükafat alan Güney azərbaycanlı rejissor o filmi İran dövlətindən heç bir dəstək almadan çəkib. Çünki fars-molla rejimi Cəfər Pənahinin yaradıcılıq fəaliyyətinə süni əngəllər yaradır.
Айдан Джамал
Beybala Mirzeyev demekki İran kinomatqrafiyasinda bizim qeder bosluqlar yoxdu mence bu biraz cox genis movzudu İranla muqaisede. Qaldi ki toxunulacaq meselelere beıkede haqlisiz bir olub birlik gosterseler hell yolu tapilarmi tapilmazmi bilmirem gorunen oduki bu saat her kes oz maraqindadir ona gorede ireli gede bilmirik oysa bizim hecde diger xalqin numayendelerinden eskik hecneyimiz yoxdu. Hersey ozumuzden aslidi amma gorunen hersey ortada… Xulase oz deyerlerimiziin deyerini bilmirik.
Beybala Mirzeyev
Aydan Habibi, sizin belə təəssübkeşlik etməyiniz yaxşı haldır. Bəli, bizim digər xalqların nümayəndələrindən əskik heçnəyimiz yoxdur. Əksinə, kifayət qədər istedadlı, bacarıqlı, fərasətli, zəkalı xalqıq. Bunu 20-ci əsrə öz möhürünü vurmuş Üzeyir Hacıbəyli, Hüseyn Ərəblinski, Hüseyn Cavid, Heydər Hüseynov, Mirəsədulla Mirqasımov, Fikrət Əmirov, Qara Qarayev, Niyazi, Xudu Məmmədov, Rəşid Behbudov kimi bəstəkarlarımızın, alimlərimizin, şairlərimizin varlığı da təsdiqləyir. Mənim də bu statusu paylaşmaqda məqsədim, amacım budur ki, aydınlaşdıraq görək bəs bu cür dahilərimiz bu əsrdə niyə yetişmir.
Cəfər Pənahi isə bizim öz soydaşımızdır, Azərbaycan türküdür. Mən öz xalqımızı farsların ayağına vermərəm. Fars-molla rejiminə necə dərin nifrət bəslədiyimi hər kəs bilir.
Muslum Ahmadov
Cəfər Pənahinin keçdiyi yolu, rastlaşdığı çətinlilləri, rejimin qadağa və təqiblərini nəzərə alsaq o zaman görəcəyik ki, bizdə bu kişinin elədiklərinin 10 % ini edə biləcək potensiala sahib biri yoxdu.
Səbəbi isə çox sadə və üzücüdü ...
Muslum Ahmadov
RUHLARIN SÖHBƏTİ ( ƏLİSA NİCAT)
SULTAN SƏLİM — Ən böyük fərqimiz odur ki, biz əsarətdə yaşaya bilmirik, siz isə azadlıqda.
ŞAH İSMAYIL — Gələcək azadlıq üçün müvəqqəti əsarətə dözmək məncə, müdriklik əlamətidir.
SULTAN SƏLİM — Köləliyin dadını görən ondan əl çəkə bilməz.
ŞAH İSMAYIL — Tarix bunun əksini sübut edən misallarla doludur.
SULTAN SƏLİM — Əsarətdən sonrakı azadlığın faydası az olur.
ŞAH İSMAYIL — Niyə?
SULTAN SƏLİM — Çünki əsarətin qışından bircə dənə də məhsuldar, sağlam toxum çıxa bilmir.
Beybala Mirzeyev
Muslum Ahmadov, Əlisa Nicatın Şah İsmayıl Xətai ilə Sultan Səlim arasında qurduğu bu dialoq xəyalidir. "Ruhların söhbəti" adından göründüyü kimi tarixi gerçəkliyi əks etdirmir. Çünki şah və sultanın dönəmində Azərbaycan türkləri də eynilə Osmanlı türkləri kimi hürr və döyüşkən idilər. Şah İsmayıldan öncəki yüzilliklərdə də (Səlcuqluların, Atabəylərin, Hülakilərin, Qaraqoyunluların, Ağqoyunluların dönəmində) Azərbaycan türkləri azad yaşayıblar, dövlət qurublar, bir çox xalqları idarə ediblər. Ona görə də Əlisa Nicatın Sultan Səlimin dilindən səsləndirdiyi "Ən böyük fərqimiz odur ki, biz əsarətdə yaşaya bilmirik, siz isə azadlıqda" fikri tamamilə qərəzli və provokativ fikirdir. Bu fikirin arxa məqsədi Azərbaycan və Türkiyəni üz-üzə qoymaqdır.
Muslum Ahmadov
Beybala Mirzeyev bu dialoqda mənim diqqətimi çəkən "əsarətin qışından bircə dənə də olsun məhsuldar ,sağlam toxum çıxa bilmir" ifadəsi idi.
Əlisa Nicatın yaratdığı bu xəyali dialoq əslində çox şeylərdən xəbər verir.
Beybala Mirzeyev
Muslum Ahmadov, bəli, razıyam, "əsarətin qışından bircə dənə də olsun məhsuldar, sağlam toxum çıxa bilmir" özündə olduqca dərin anlam, sətiraltı mənalar daşıyan bir cümlədir. Ancaq eyni zamanda da olduqca zərərli cümlədir. Bu cümlə millətin ruhunu öldürməyə, ümidlərini əlindən almağa hesablanmış bir cümlədir. Ümumiyyətlə, Əlisa Nicat müdrik filosof kimi görünmək xatirinə kitablarında və müsahibələrində çoxlu zərərli fikirlər səsləndirib.
Дилшад Ализаде
Bizdə dövlət futbola pul ayırır basıb yeyirlər,kinoya pul ayrılır talayırlar.Vallah bir gün yeməkdən öləcəklər.Buna mədə dözər?
QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.