“Heydər Əliyev İli” çərçivəsində Dövlət Statistika Komitəsi tərəfindən yuxarı sinif şagirdləri və tələbələr arasında təşkil olunmuş statistik olimpiadanın final mərhələsinin qaliblərilə görüş keçirilib.
Görüşdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən müdir müavini Rəhim Rəhimov, inzibati təşkilat sektorunun müdiri Orxan Əzimov, Lənkəran Şəhər Statistika İdarəsinin müdiri Vaqif Mustafayev, Masallı Rayon Statistika İdarəsinin müdiri Ramin Bəgəlizadə, olimpiada qalibləri və məktəb direktorları iştirak ediblər.
Məlumat üçün bildirək ki, şagirdlər arasında keçirilmiş olimpiadanın nəticələrinə görə Masallı rayonunun Musaküçə kənd Fayəddin Xancanov adına tam orta məktəbin 11-ci sinif şagirdi Kazımzadə Mircəlal Mirkazım oğlu ikinci, Lənkəran rayonunun Hirkan qəsəbə Ağaxan Quliyev adına tam orta məktəbin 10-cu sinif şagirdi Baxşiyev Cavidan Cavid oğlu üçüncü yerə layiq görülüb.
Qeyd edək ki, olimpiadanın keçirilməsində əsas məqsəd statistik biliklərə malik istedadlı şagird və tələbələri aşkar edilməsi, onların intellektual inkişaflarına təkan vermək, statistik savadlılığı dərinləşdirilməsi, Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə, onun statistika sisteminin inkişafına verdiyi töhfələrə dair məlumatlılığın artırılmasıdır.
Sonda görüş iştirakçılarına Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən hədiyyələr təqdim olunub.
Akif AĞAYEV
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.