09 fevral 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Türkiyə-Ermənistan sərhədindəki Əlican keçid məntəqəsinin bərpası son mərhələdədir

Türkiyə-Ermənistan sərhədindəki Əlican keçid məntəqəsinin bərpası son mərhələdədir

ABŞ vitse-prezidenti Ermənistana səfər edəcək

ABŞ vitse-prezidenti Ermənistana səfər edəcək

Zelenski Rusiya ilə danışıqların üçüncü raundunun keçiriləcəyini açıqladı

Zelenski Rusiya ilə danışıqların üçüncü raundunun keçiriləcəyini açıqladı

NATO-nun baş katibi Rusiya ilə sülh müqaviləsindən dərhal sonra Ukraynaya qoşun yeridəcəyinə söz verib

NATO-nun baş katibi Rusiya ilə sülh müqaviləsindən dərhal sonra Ukraynaya qoşun yeridəcəyinə söz verib

Liseydə şagird tərəfindən güllələnən müəllim əməliyyat olunub

Liseydə şagird tərəfindən güllələnən müəllim əməliyyat olunub

Bakıda liseydə atışma: şagird müəllimə atəş açdı

Bakıda liseydə atışma: şagird müəllimə atəş açdı

Əsrin fəlakəti olan 6 fevral zəlzələsi, 3-cü ildönümündə...

Əsrin fəlakəti olan 6 fevral zəlzələsi, 3-cü ildönümündə...

Bako Saakyan 20 il müddətinə azadlıqdan məhrum edilib

Bako Saakyan 20 il müddətinə azadlıqdan məhrum edilib

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

Azərbaycanda çağırışçıların təkcə sağlamlığı deyil, həm də ruhi vəziyyəti yoxlanılacaq

Azərbaycanda çağırışçıların təkcə sağlamlığı deyil, həm də ruhi vəziyyəti yoxlanılacaq

Türkiyə şəhidləri ilə vidalaşdı

Türkiyə şəhidləri ilə vidalaşdı

Dünya Azərbaycanlılarını birləşdirən tarix

Dünya Azərbaycanlılarını birləşdirən tarix

Ağcabədidə Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib +FOTOLAR

Ağcabədidə Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib +FOTOLAR

Masallıda Ulu Öndərin anım günü

Masallıda Ulu Öndərin anım günü

HEYDƏR ƏLİYEV- DÖVLƏTÇİLİYİMİZİN XİLASKARI

HEYDƏR ƏLİYEV- DÖVLƏTÇİLİYİMİZİN XİLASKARI

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. Siyasət
1. Ana Səhifə
2. REDAKTORUN SEÇİMİ
Siyasət REDAKTORUN SEÇİMİ

Zelenskinin və Ukraynanın düşdüyü hazırkı vəziyyətə sevinənlərə üç jurnalistimizdən ibrətli tövsiyələr...

11 ay əvvəl 252 01

Zelenskinin və Ukraynanın düşdüyü hazırkı vəziyyətə sevinənlərə üç jurnalistimizdən ibrətli tövsiyələr...

• Cavid İsmayıl:

"Tramp Putinlə telefonla danışan kimi Facebook-un Azərbaycan seqmentində anti-Ukrayna və anti-Zelenski paylaşımları artıb. "Zelenski Ukraynanı qırğına verdi", "Ağıllı siyasətçi Qərbin əlində oyuncaq olmazdı", "Trampla Putin Zelenskinin fikrini soruşmadan Ukraynanı bölüşdürür" kimi fikirlərin biri 1 qəpikdəndir.

Əvvəla, Transatlantik məkana inteqrasiya Ukraynanın ilk prezidenti Leonid Kravçukdan üzü bəri Ukrayna xalqının seçimi olub. Arada Vladimir Yanukoviç bu kursdan sapmaq istədi, xalq onu layiq olduğu yerə göndərdi.

İkincisi, Zelenski hakimiyyətə gələnə qədər Rusiya artıq Krımı işğal etmiş, Donetsk və Luqanskda oyuncaq rejimlər yaratmışdı. Krım işğal olunarkən bir güllə də atmamaq barədə göstəriş almış (çünki məğlubiyyət qaçılmaz idi) Ukrayna ordusu üç ildir ki, Rusiya kimi insan resursları və hərbi potensialı tükənməz görünən ölkənin ordusuna qarşı müqavimət göstərir.

Üçüncüsü, XXI əsrdə hansısa ölkəni bölüşdürülməsinə sevinmək nə deməkdir? Hətta bu baş versə belə, ədalətsiz olacağı indidən bəllidir. Necə ki, Cümhuriyyətimizin bolşevik Rusiyası tərəfindən, Qarabağın üzdə Ermənistan tərəfindən işğalı ədalətsiz idi.

Etiraf edək ki, Krım işğal olunanadək Qarabağ Ukrayna xalqının əksəriyyətinin vecinə deyildi. Yalnız Krımın işğalından, Donetsk və Luqanskda oyuncaq rejimlər yaradılandan sonra ukraynalılar dərdimizi anlamağa başladılar. Məhz Ukrayna məsələsi İkinci Qarabağ savaşı zamanı ölkəmizin xarici siyasətinə beynəlxalq dəstəyin artmasına səbəb oldu. Azərbaycan diplomatiyası bu faktordan məharətlə istifadə edə bildi ki, bu da alqışa və təqdirə layiqdir.

Rusiyanın 200 il ərzində ermənilər vasitəsilə başımıza açdığı oyunları bir kənara qoyaq. 25 dekabr 2024-cü ildə AZAL təyyarəsinin Aktauda qəzaya uğramasından sonra Kremlin və onun politoloq trollarının ölkəmizə qarşı davranışını qəbul edə bilmirik. O zaman Ukrayna son 3 ildə verdiyi qurbanları niyə asanlıqla unudub, ölkənin az qala yarısını güzəştə getməlidir?

Ədalətli olun! Bir gün ədalət hamıya lazım olur. Biz isə onu müstəqilliyimizin bərpası üçün 71 il, Qarabağın azadlığı üçün 29 il gözlədik..."

• Xalid Kazımlı:

"Aqressorun əmisi oğlu olmaq... -İşğaldan əziyyət çəkmiş ölkəyə yaraşarmı?

Bir böyük dövlətin öz qonşuluğundakı və ya bir az uzaqdakı kiçik dövlətə hücum edib onu ya bütöv şəkildə, ya da ərazisinin bir hissəsini işğal, ilhaq etməsinə necə haqq qazandırmaq, “əcəb edir” demək olar?

Belə deyənlər ya siyasəti bilmirlər, ya da həmin aqressiv dövlətə nəyə görəsə aşırı dərəcədə rəğbət bəsləyirlər. Üçüncü variant da odur ki, belələri patoloji ədalətsiz adamlardır.

“Mənə dəyməyən qurd min il yaşasın” söhbəti beynəlxalq və regional siyasətdə keçərli deyil. Son minilliklərin tarixi təcrübəsi göstərir ki, bu gün qonşuya hücum edən yırtıcı mütləq sabah sənə də cumacaq. Hitler Çexiyanı işğal etdi, Polşaya dəymədi, yoxsa o boyda Fransanı tutandan sonra Macarıstandan yan keçdi?

Tarixdə “böyük fateh” kimi tanınan istənilən işğalçı hökmdarı götürün, hamısı önünə çıxan ölkələri tuta-tuta, azsaylı xalqları qıra-qıra, köləyə çevirə-çevriə ta yorulub əldən düşənə, durdurulana qədər gediblər, milyonlarla insan öldürüblər.

Bu baxımdan heç bir yadelli işğalçıya, aqressora haqq qazandırmaq, tərəf çıxmaq olmaz. Bu, öz ayağına balta vurmaq kimi bir şeydir. Əgər bu gün qonşunu işğal edən aqressoru haqlı sayırsansa, demək, o aqressorun sənin vətənini də işğal etməsinə hazırsan.

Sonuncu dəfə ölkəmizdə bu cür işğalçıya kütləvi haqq qazandırmaq olayı 1990-cı ildə, İraq diktatoru Səddam Hüseynin müstəqil Küveyt dövlətini işğal edəndə olmuşdu. Hətta rəsmi qəzetlərdə, televiziyada belə siyasi icmalçılar Küveyti İraqın “tarixi ərazisi” adlandırır, dolayısı ilə Bağdadın bu ölkə üzərində hansısa ərkinin olmasına eyham edirdilər.

Xalqımız isə tamamilə Səddam Hüseynin tərəfində idi, “Səddam yaxşı edir” deyir, Küveytin müstəqil dövlət olaraq mövcudluq haqqını inkar edirdilər. Ölkədə yeni doğulan oğlan uşaqlarına Səddam adı qoymaq dəb olmuşdu. Axtarsaq, görərik ki, bu gün Səddam adı daşıyan kişilərin əksəri 34-35 yaşlı kişilərdir. Bunlar Səddama o zamankı rəğbətin əsərləridir.

Hazırda ABŞ prezidenti Trampın Rusiya qarşısında müəyyən revaranslar etməsinə, Ukrayna ilə möhtəkir alverçilər kimi danışmasına, ona dəstəkdən boyun qaçırmaq istəməsinə görə sevinən bir sıra siyasətşünas və jurnalistlər Ukrayna prezidenti Zelenskiyə nifrət, Rusiya prezidenti Putinə rəğbət ifadə edirlər, “biz demişdik, belə olacaq”, “Qərbə güvənərək Rusiyaya təpik atanın axırı belə olmalıydı” kimi ifadələr işlədirlər. “Proqnoz”ları doğrulsun deyə 50 milyonluq bir ölkənin məhv olmasını istəyirlər.

Sanki bu müharibədə Ukrayna uduzsa, Zelenski öldürülsə, yaxşı olacaq. Ərazisinə görə dünyanın ən böyük ölkəsi olan Rusiya daha da iştahlanmayacaqmı? Keçmiş SSRİ respublikalarını ard-arda özünün federal subyektinə çevrimək istəməyəcəkmi?

Özü də “federal subyekt” deyərkən heç kəsin ağlına dünyadakı digər federativ dövlətlər gəlməsin. Moskvanın federasiya anlayışı tamam başqadır. O, azman bir dövlətdə nə qədər muxtar qurum var, hamısının rəhbər kadrlarını özünün təyin etməsini istəyir. Nə seçki, nə xalq iradəsi? Bütün idarəetmə şaquli qaydada, Moskvadan olmalıdır. Moskva istədiyi vaxt müttəfiq respublikanın, federal qurumun rəhbərini dəyişmək, cəzalandırmaq hüququna yiyələnməlidir. Belə vərdiş ediblər. O Türkiyədir ki, böyük şəhərlərin bələdiyyə sədrləri müxalifət partiyasının üzvləridir. Rusiyada bir dənə belə fakt yoxdur, ola bilməz, bu gedişlə heç vaxt olmayacaq.

Başqa sözlə, bu gün Ukraynanın Rusiya tərəfindən işğal olunmasını arzu edənlər dolayısı ilə Rusiyanın 1920-ci ilin aprelin 27-də olduğu kimi, yenidən Bakını işğal etməsini istəyirlər – ya bilmədən, ya da bilə-bilə.

Ukrayna bu gün tək özü üçün vuruşmur, bütövlükdə postsovet məkanı, eləcə də Rusiyanın digər yaxın qonşularının müstəqilliyi üçün vuruşur. Onun müqaviməti qırılsa, Avrasiyada “yıxılan domino daşları” vaqiəsi yaşanacaq.

Ölkəmizdə daha çox adamın Rusiyanın aqressiyasına qarşı olmasının, öz azadlığı və müstəqilliyi üçün vuruşan Ukraynanın haqq işinə dəstək verməsnin səbəbi budur. O adamların tam əksəriyyəti xalq hərəkatının fəalları olublar, 37 ildir ki, Kremlin hər cür yamanlıqlarının şahididirlər. Bu gün əminliklə bəlli mövqedədirlərsə, bir bildikləri var.

• Dunya Sakit:

"Tramp Putinlə danışan kimi Ukrayna xalqının, onu prezidenti Zelenskinin müstəqillik mübarizəsini qısqanan, Roma papasından daha artıq katoliklik edib bütün gün qara qarğa kimi Zelenskini xalqı qırğına verməkdə suçlayan çaqqal sürüsü ağız-ağıza verib ulaşmağa başladı: vay Ukrayna getdi əldən, Amerika satdı Zelenskini, Putinə qurban verilir Ukrayna...

Tarixdə müstəqilliyini qorumaq üçün mübarizə aparan xalqlar, başçılar qalır, unutmayın.

Üstəlik, Putin Ukraynadan qalib çıxsa, üzünü çevirəcəyi ilk istiqamət Cənubi Qafqaz olacaq. Onda görəcəksiniz ki, çayın aşağısında dayanıb yuxarısındakı qurdun suyunu bulandıran olmaq nə deməkdir...".

Vidadi Mamedrzayev

Çox sağ olun,hadisələri düzgün analiz edib,doğru nəticəyə gəlirsiniz.Rusiyanın indiki vəziyyətində daha çox güzəştlərə gedərdi,Tramp sanki rusların,,dayısı,,rolunu oynayır.Ukraynadan sonra Şimal ayısı daha da qəddarlaşacaq,ilk hədəfi də,məncə,biz olacağıq.Erməniləri qızışdırıb,yenidən müharibəyə də qoşa bilər.Hər cür variantlara hazır olmalıyıq.Bizim xilasımız Türkiyə ilə hər cür ittifaqdan asılıdır.İqtisadi cəhətdən Rusiya bizə o qədər də ziyan vura bilməyəcək,onların ən təsirli ,,silahı,,miqrant məsələsidir.Dünyada cərəyan edən bu mürəkkəb hadisələrdən bəlasız,itkisiz,müharibəsiz çıxa bilsək,uzun müddət ölkəni xilas etmiş olacağıq.Allah kömək olsun.

Beybala Mirzeyev

Bəli, hər bir varianta, hər cürə təhlükələrə hazır olmalıyıq.

Rusiya bütün postsovet türk dövlətləri potensial təhlükə mənbəyidir. Ona görə də həm Türkiyə-Azərbaycan ikitərəfli əlaqələri, həm də Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində inteqrasiya prosesləri daha da gücləndirilməlidir.

Rusiyanın bizə qarşı miqrant "kart"ını da zərərsizləşdirmək mümkündür.

Ali Shamil

Zelenskinin və Ukraynanın düşdüyü hazırkı vəziyyətə sevinənlər Azərbaycan haqqında fikirlərini açıq deməkdən qorxurlar. Onlar İlham Əliyevə demək istədikləri sözləri Zelinski adına deyirlər. Məmin yazılarda Zelinski sözünü İlham Əliyevlə dəyişsə onda həmin adamların kim olduğu bilinər

Beybala Mirzeyev

Ali Shamil müəllim, fikirlərinizə əlavə olaraq qeyd edim ki, Azərbaycanın, Ukraynanın, Moldovanın, Qazaxıstanın müstəqil siyasət yürütmək xəttini seçməsi, öz suverenliklərini qorumağa çalışması Kremli qıcıqlandırdığı kimi, onun yerlərdəki "beşinci kolon"çularını da qıcıqlandırır, narahat edir. Bu gün Zelenskinin və Ukraynanın düşdüyü vəziyyətə sevinənlərin də bir çoxu bu və ya digər dərəcədə rusiyameylli insanlardır.

Eldeniz Şamlı Abbaslı

Böyük ehtimalla Zelenskinin və Ukraynanın düşdüyü hazırkı vəziyyətə sevinənlərlə 2020-ci ilə qədər Azərbaycanın düşdüyü vəziyyətə sevinənlər eyni adamlardır.

Famil Mirzeyev

Mən əminəmki ABŞ Rusiyaya loru dildə desək yeni torba tikir bir az səbirli olaq

Shahmaran Mahmudov

Necəki 71 illik sovet rejimi Şah Mat prinsipləri üzərində məğlub edilib parçalandı.

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Eynulla Emin Fətullayev: İranın ali dini lideri Xamneyinin abır-həyası yoxdur

Eynulla Emin Fətullayev: İranın ali dini lideri Xamneyinin abır-həyası yoxdur

John Doe 1 həftə əvvəl

Rafiq Əliyev: "Süni intellektin banisi Lütfi Zadədir"

Rafiq Əliyev: "Süni intellektin banisi Lütfi Zadədir"

John Doe 1 həftə əvvəl

Qulu Məhərrəmli: XAMNEYİ TRAMPLA NƏYİ DANIŞMAQ İSTƏYİR?

Qulu Məhərrəmli: XAMNEYİ TRAMPLA NƏYİ DANIŞMAQ İSTƏYİR?

John Doe 3 həftə əvvəl

Asif Rüstəmli: 2025-ci İLDƏ

Asif Rüstəmli: 2025-ci İLDƏ

John Doe 1 ay əvvəl

Faiq İsmayılov: "Üç körpə monastrı" adı Ermənistanın elmi ədəbiyyatında sübutu olmayan əsassız iddiadır

Faiq İsmayılov: "Üç körpə monastrı" adı Ermənistanın elmi ədəbiyyatında sübutu olmayan əsassız iddiadır

John Doe 1 ay əvvəl

Tariyel Azərtürk: Sənətkar alimin hər bir kitabı dövlətin ali mükafatlarına layiq əsərlərdir

Tariyel Azərtürk: Sənətkar alimin hər bir kitabı dövlətin ali mükafatlarına layiq əsərlərdir

John Doe 1 ay əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibə verib +FOTO=34

İlham Əliyev Davosda “Euronews” televizi...

20 yanvar 2026 14:50:17
• İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib +FOTO=62}

İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan məra...

26 dekabr 2025 14:59:14
• İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər +FOTO=15}

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lid...

12 dekabr 2025 13:14:10
• Bu gün Heydər Əliyev Anım Günüdür}

Bu gün Heydər Əliyev Anım Günüdür

12 dekabr 2025 12:22:31
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com