10 may 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Ukrayna ilə bağlı danışıqlar prosesi dayanıb

Ukrayna ilə bağlı danışıqlar prosesi dayanıb

NATO Baş Katibinin Xüsusi Nümayəndəsi Azərbaycana səfər edəcək

NATO Baş Katibinin Xüsusi Nümayəndəsi Azərbaycana səfər edəcək

Tramp İranı tezliklə müqaviləni imzalamadığı təqdirdə daha çox zərbə ilə hədələyib

Tramp İranı tezliklə müqaviləni imzalamadığı təqdirdə daha çox zərbə ilə hədələyib

Gürcüstan mayın 11-də yeni Patriarx seçə bilər

Gürcüstan mayın 11-də yeni Patriarx seçə bilər

Neft Akademiyasında baş verən terror aktından 17 il ötür

Neft Akademiyasında baş verən terror aktından 17 il ötür

Böyük bir cinayətkar qrupun 35 üzvü saxlanıldı

Böyük bir cinayətkar qrupun 35 üzvü saxlanıldı

Azərbaycan cinayət işlərinə baxılması qaydalarını yenidən nəzərdən keçirəcək

Azərbaycan cinayət işlərinə baxılması qaydalarını yenidən nəzərdən keçirəcək

Azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər...

Azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər...

Qobustanda baş verən torpaq sürüşməsi nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb

Qobustanda baş verən torpaq sürüşməsi nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb

28 Mart - Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günüdür

28 Mart - Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günüdür

İlham Tumas: Polad belə Polad idi...

İlham Tumas: Polad belə Polad idi...

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Masallıda igid kəşfiyyatçı anılıb

Masallıda igid kəşfiyyatçı anılıb

Şəhid Faiq Şükürovun xatirəsi anılıb - MASALLIDA

Aprel döyüşləri şəhidi Nurlan Əsgərlinin anım günü

“Zəfər ruhlu analar” – Masallıda tədbir

“Zəfər ruhlu analar” – Masallıda tədbir

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. MEDIA DƏSTƏYİMİZ
MEDIA DƏSTƏYİMİZ

Şamaxı Astrofizika Rəsədxanasının Elmi Şurasının növbəti iclası keçirilib

1 il əvvəl 280 01

Şamaxı Astrofizika Rəsədxanasının Elmi Şurasının növbəti iclası keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının 65 illik yubileyinə həsr olunan  “Canlı Kainat - Planetlərdən Qalaktikalara” adlı II beynəlxalq konfransınaçılış mərasimi keçirilib. AMEA-nın Mərkəzi Elmi Kitabxanasında baş tutan tədbirə ABŞ, Almaniya, Fransa, Türkiyə, İsrail, İtaliya, Rusiya, Polşa, Özbəkistan, Qazaxıstan, Çexiya, Ukrayna və digər ölkələrdən alim və mütəxəssislər qatılıb.
Tədbiri giriş nitqi ilə açan Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov XIII əsrdə yaşamış dahi azərbaycanlı astronom alim,  riyaziyyatçı və filosof Nəsirəddin Tusinin adını daşıyan elmi mərkəzin yaranma tarixi və inkişaf mərhələlərindən söz açıb. Bildirib ki, ŞAR-ın yaradıldığı dövr ümumilikdə Sovetlər birliyində kosmik eranın başlanğıcı kimi səciyyələnir. Müxtəlif zamanlarda bura kosmonavtların, tanınmış alim və mütəxəssislərin tez-tez ziyarət etdiyi məkana çevrilmiş, alimlərimiz tərəfindən əldə edilən elmi nəticələr dünyanın aparıcı elmi qurumlarının diqqət mərkəzində olmuşdur.
N.Cəlilov qeyd edib ki, dünya rəsədxanaları ilə əməkdaşlıq əlaqələrinin qurulması, eyni zamanda Azərbaycanda kosmik sənayenin inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Vaxtaşırı Şamaxı Astrofizika Rəsədxanasına gələrək fəaliyyətini daim diqqət mərkəzində saxlayan Ümummilli liderin göstərişi ilə ilk dəfə olaraq 1976-cı ildə indiki Bakı Dövlət Universitetində Astrofizika kafedrası yaradılmışdır. Hazırda rəsədxanada çalışan alimlərin əksəriyyəti  həmin kafedranın məzunlarıdır.
Rəsədxananın müasir dövrdə inkişafına göstərilən dövlət qayğısından bəhs edən alim vurğulayıb ki, 2008-ci ildən etibarən Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı müvafiq sərəncamlarla rəsədxananın maddi-texniki bazası gücləndirilib, inzibati binada əsaslı təmir-tikinti, abadlıq işləri aparılıb. Alimlərimizin mənzil şəraitini yaxşılaşdırmaq üçün iki möhtəşəm bina inşa edilib, yüksək infrastruktura malik şərait yaradılıb. Poçt, tibb məntəqəsi, uşaq bağçası kimi sosial təyinatlı obyektlər istifadəyə verilib.
Rəsədxanada yaradılan elmi laboratoriyaların fəaliyyətindən söz açan N.Cəlilov qeyd edib ki, hazırda alimlərimiz tərəfindən müasir astrofizikanın müxtəlif istiqamətləri üzrə aktual mövzularda tədqiqatlar həyata keçirilir. Son dövrlərdə beynəlxalq əməkdaşlıq əlaqələrinin daha da genişləndirildiyini diqqətə çatdıran alim dünyanın aparıcı elmi mərkəzləri ilə birgə həyata keçirilən layihələr haqqında da məlumat verib.
Konfransda çıxış edən Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin "Elmi müəssisələrlə iş" şöbəsinin müdiri, riyaziyyat elmləri doktoru Mübariz Hacıbəyov hazırda Şamaxı Astrofizika Rəsədxanasında çalışan alim və mütəxəssislərin bu sahədə zəngin elmi irsin, böyük elmi məktəblərin davamçıları olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycan milli sərvətinin ayrılmaz tərkib hissəsi olan  elmi potensialın qorunması və inkişaf etdirilməsi dövlət siyasətinin ən vacib istiqamətlərindən biridir.
Natiq son illər ölkəmizdə elm və təhsil sisteminin təşkili, eyni zamanda bu iki sahənin uğurlu inteqrasiyası istiqamətində həyata keçirilən əməli tədbirlərin  digər sahələrdə olduğu kimi astrofizika sahəsində də yüksək ixtisaslı kadrların hazırlanmasına hədəfləndiyini ifadə edib. Bildirib ki, hazırda rəsədxanada çalışan gənclərin dünyanın nüfuzlu elmi mərkəzlərinə ezam olunaraq bilik və bacarıqlarının təkmilləşdirilməsi bu istiqamətdə atılan uğurlu addımlardandır. Yubiley münasibətilə rəsədxananın kollektivini təbrik edən  M.Hacıbəyov bu əlamətdar hadisəyə həsr olunan beynəlxalq konfransın müvafiq sahə üzrə tədqiqat aparan alim və mütəxəssislərin bir araya gələrək, prioritet məsələlər və problemlər ətrafında bilik və təcrübə mübadiləsinin aparılması, həmçinin perspektivlərin müzakirə olunması baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Tədbirdə çıxış edən AMEA-nın akademik-katibi, akademik Arif Həşimov Şamaxı Astrofizika Rəsədxanasının dünya astrofizika elminə böyük töhfələr bəxş etdiyini vurğulayıb. Qeyd edib ki, modern üslubu ilə seçilən ŞAR dünyanın mindən artıq rəsədxanası arasında teleskoplarının sayına, çeşidinə, gücünə və bir sıra digər parametrlərinə görə önəmli mövqeyə malikdir. Bir sıra kosmik proqramlarda iştirak edən bu elm ocağında alınan uğurlu elmi nəticələr dünya alimləri tərəfindən layiqincə qiymətləndirilib. Mars və Ay planetlərinə məxsus bir neçə krater zəngin elmi məktəblərin banisi olmuş rəsədxana əməkdaşlarının, eləcə də dahi ədiblərimizin, görkəmli elm və mədəniyyət xadimlərinin adını daşıyır.
Şamaxı Astrofizika Rəsədxanasının uzun illər AMEA tərəfindən təsdiq olunmuş elmi proqram əsasında fəaliyyət göstərdiyini vurğulayan akademik A.Həşimov qeyd edib ki, hazırda da akademiya ilə rəsədxana arasında sıx əməkdaşlıq əlaqələri davam etdirilir.
Sonra bir sıra yerli və xarici qonaqların Şamaxı Astrofizika Rəsədxanasının 65 illik yubileyi ilə bağlı təbrik nitqi dinlənilib.
Tədbirdə, həmçinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının 65 illik yubileyinə həsr olunan video-çarx nümayiş etdirilib.
Açılış mərasimindən sonra konfrans öz işini elmi çıxışlar fonunda davam etdirib. Hibrid şəkildə təşkil olunmuş konfransda ilk olaraq "Günəş fizikası, Günəş və Yer əlaqələri" elmi sessiyasına start verilib. Maraqlı məruzələrin yekununda elmi diskussiyalar aparılıb.
Qeyd edək ki, beynəlxalq konfrans sentyabrın 26-dək davam edəcək. Tədbir çərçivəsində keçiriləcək 8 plenar sessiyada müvafiq sahəyə dair müxtəlif mövzularda 54 elmi məruzə dinləniləcək.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Kitablar səltənətinin inciləri: Məhəmməd Füzulinin qəzəlləri

Kitablar səltənətinin inciləri: Məhəmməd Füzulinin qəzəlləri

John Doe 2 gün əvvəl

Ədəbi incilər: Vətənpərvər insan, nəğməkar-şair – Rəfiq Zəka

Ədəbi incilər: Vətənpərvər insan, nəğməkar-şair – Rəfiq Zəka

John Doe 5 gün əvvəl

Masallıda atçılıq yarışı keçirilib

Masallıda atçılıq yarışı keçirilib

John Doe 1 həftə əvvəl

Tanınmış yazıçı Nüşabə Məmmədlinin “Zəfər zənguləsi” növbəti dəfə “Kitablar səltənətinin inciləri”ndə

Tanınmış yazıçı Nüşabə Məmmədlinin “Zəfər zənguləsi” növbəti dəfə “Kitablar səltənətinin inciləri”ndə

John Doe 1 həftə əvvəl

Masallıda igid kəşfiyyatçı anılıb

Masallıda igid kəşfiyyatçı anılıb

John Doe 1 həftə əvvəl

Əxlaqi dəyərlər və mənəviyyat motivləri

Əxlaqi dəyərlər və mənəviyyat motivləri

John Doe 1 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyev 19-cu “Caspian Agro Week” və 31-ci “InterFood Azerbaijan” sərgiləri ilə tanış olub

İlham Əliyev 19-cu “Caspian Agro Week” v...

7 may 2026 16:26:27
• İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edib}

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantıs...

4 may 2026 14:48:38
• İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib +FOTO=48}

İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan...

2 may 2026 13:56:16
• Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası ilə bağlı təlimatlar barədə razılığa gəliblər}

Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası ilə bağl...

29 aprel 2026 20:03:07
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com