Avarçəkənimiz Diana Dimçenkonun Olimpiada-2024-dəki rəqibləri müəyyənləşib
Akademiklər sabah yürüşə çıxacaqlar
İyulun 24-də Fransanın paytaxtı Parisdə futbol və reqbi yarışları ilə startı Verilən Yay Olimpiya Oyunlarında (Olimpiada-2024) akademik avarçəkmə yarışlarına isə sabah start veriləcək. Bu gün isə qadınların fərdi yarışının püşkatma mərasimi olub. Ölkəmizi bu yarışda (2000 metr məsafəyə yürüş) təmsil edən Diana Dimçenkonun ilk yarış günü mübarizə aparacağı rəqiblər bəlli olub. Qeyd edək ki, yarışların E qrupunda yer alan 35 yaşlı Diana sabah Desislava Anqelova (Bolqarıstan), Ti Xyue Fam (Vyetnam), Aleksandra Foster (Almaniya) və Saidax Aysi Binte Mohammed Rafae (Sinqapur) ilə birgə start xəttinə çıxacaq. Yeri gəlmişkən, bu yarışlarda 32 idmançı hərəsində 5 nəfər olmaqla 6 qrupda mübarizəyə başlayacaq.
Reqlamentə görə, hər qrupda ilk 3 yeri tutan idmançı 1\4 finala yüksələcək. Qruplarda 4-5-ci yerləri tutan idmançılar arasında 1\4-ə yüksəlmək üçün daha bir seçim yürüşü keçiriləcək. Bunların arasından isə iki ən yaxşı idmançı mübarizəni 1\4-dən davam etdirəcək.
Əlavə yürüş iyulun 28-də keçiriləcək. 1\4 final iyulun 30-da, yarışfinal avqustun 1-də, finalsa avqustun 3-də baş tutacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.