Hindistanlı Sina Movaxed "Baku Open-2024"-ə liderlik edir
Bakı İdman Sarayında 12 ölkəni təmsil edən 300-dən cox şahmatçının iki qrupda (Avə B) mübarizə apardığı və FİDE-nin (Beynəlxalq Şahmat Federasiyası) illik yubileyinə həsr olunan "Baku Opem-2024" beynəlxalq turnir davam edir. İsveçrə sistemi üzrə keçirilməklə 9 turdan ibarət olan və mükafat fondu 50 min dollar təşkil edən turnirdə artıq 6 tur geridə qalıb. Hazırda turnirin A qrupuna 5,5 xalla hindistanlı Sina Movahed liderlik edir. Hərəyə 5 xal toplayan digər iki hindli isə 2-3-cü yerləri bölüşür. Azərbaycan şahmatçıları da daxil olmaqla, daha 12 şahmatçı hərəyə 4,5 xal toplayıb. Bunların arasında son ölkə çempionu Aydın Süleymanlı, Nicat Abbasov, Rauf Məmmədov, Məhəmməd Muradlı, Əhməd Əhmədzadə, Riad Səmədov, Murad İbrahimli və Şiroqlan Talıbov yer alıb.
Qeyd: Turnirin A qrupunda reytinq göstəricisi 2500-dən çox olan zəka sahibləri, B qrupunda isə 12 yaşdan balacar mübarizə aparır.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.