İranlı Sina Movaxed "Baku Open -2024"ə liderlik edir
İyunun 29-da Bakı İdman Sarayında 12 ölkəni təmsil edən 300-dən çox şahmatçının iştirakı ilə iki qrupda (A və B) startı verilən ənənəvi "Baku Open-2024" beynəlxalq şahmat turniri davam edir. İsveçrə sistemi üzrə keçirilməklə 9 turdan ibarət olan və mükafat fondu 50 min dollar təşkil edən turnirdə ilk 5 tur geridə qalıb. Yarışa 4,5 xalla iranlı zəka sahibi Sina Movaxed liderlik edir. Hərəyə 4 xal toplayan 12 şahmatçı isə onu təqib edir. Təqib edənlər arasında Azərbaycan şahmatçılarından Rauf Məmmədov, Murad İbrahimli, Aydın Süleymanlı, Vüqar Əsədov, Riad Səmədov və Nicat Abbasov da yer alıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.