İsmayıl Rzayev AÇ-da ikinci olub
Ruzanna Məmmədova isə AÇ-nin finalına yüksəlib
Serbiyanın Novi-Sad şəhərində 20 yaşlı (U-20) gənclər arasında idman güləşi üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də iştirak etdiyi Avropa çempionati davam edir. Dünən çempionatda yunan-Romaçıların yarısı yekunlaşıb. Azərbaycan komandası 10 çəkidə qazandığı 4 (0-1+3) medal və topladığı 93 xalla komanda hesabında Türkiyə (123 xal) və Gürcüstandan (116 xal) sonra Avropada üçüncü olub.
Qazanılan medallara gəlincə, yeganə gümüş medal yalnız həlledici finalda büdrəyən İsmayıl Rzayevin (82 kq), burunclər isə çıxışını üçüncü yerdə başa vuran Tural Əhmədov (60 kq), Məhəmməd Şükürzadə (63 kq) və Ruslan Nurullayevin (72 kq) aktivinə yazılıb. Yeri gəlmişkən, bir həftə öncə eyni məkanda 17 yaşlıların analoji yarısı keçirilib. Azərbaycanın yunan-Roma güləşi üzrə yığma komandası 9 (3-2-4) medal və topladığı 160 xalla komanda hesabında birinci olmuşdu.
Dünən çempionatda qızlar mübarizəyə qatılıblar. Təmsilçilərimizdən Ruzanna Məmmədova (59 kq) finala yüksəlib. O, bu axşam finalda rusiyalı Yelena Kurovayla qarşılaşacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.