Qızlar Avropa çempionatına uğursuz başlayıblar
Serbiyanın Novi-Sad şəhərində 20 yaşlı gənclər arasında (U-20) idman güləşi üzrə Avropa çempionatı keçirilir. Çempionatın bu günə təsadüf edən 3-cü günü mübarizəyə qızlar qatılıblar. İlk olaraq döşək üzərinə təmsilçilərimizdən Elvina Kərimzadə (50 kq), Nərgiz Səmədova (55 kq), Ruzanna Məmmədova (59 kq) və Fatima İsayeva (68 kq) çıxıb. Təəssüflər olsun ki, qızlarımızın hamısı məğlubiyyətlə üzləşərək fiaskoya uğrayıblar.
Axşam saatlarında isə dünən medallar uğrunda güləşmək şansı qazanan yunan-Romaçılarımız döşək üzərinə çıxacaqlar. Güləşçilərimizdən İsmayıl Rzayev (82 kq), çempionluq uğrunda final görüşünə çıxacaq. Daha 3 təmsilçimiz - Tural Əhmədov (60 kq), Ruslan Nurullayev (72 kq) və Fəraim Mustafayev (67 kq) triosu isə bürünc medal uğrunda güləşəcək. Xatırladaq ki, çüempionatın ikinci günü güləşçimiz Məhəmməd Şükürzadə (63 kq) çıxışını 3-cü yerdə başa vurarq, bürünc medal qazanıb.
Bir məqamə da qeyd edək ki, ötən həftə isə eyni məkanda 17 yaşlıların analoji yarışı keçirilib. Həmin yarışda Azərbaycanın yunan-Roma yığması 9 (3-2-4), sərbəst güləş komandası isə 6 (2-2-2) medalla komanda hesabında Avropanın birincisi olub.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.