Azərbaycanı Paris Olimpiadasında təmsil edəcək cüdoçular müəyyənləşib
Azərbaycan Cüdo Federasiyasının qərarına əsasən, Paris 2024 Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edəcək milli komandanın heyəti müəyyənləşib. Heyətdə ikisi qadın olmaqla 9 tatami ustası yer alıb. İyulun 26-dan etibarən başlayacaq XXXIII Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edəcək yığmanın heyəti belədir:
Qadınlar: -48 kq Leyla Əliyeva, -52 kq Gültac Məmmədəliyeva;
Kişilər: -60 kq Balabəy Ağayev, -66 kq Yaşar Nəcəfov, -73 kq Hidayət Heydərov, -81 kq Zelim Tçkayev, -90 kq Elcan Hacıyev, -100 kq Zelim Kotsoyev və +100 kq Uşanqi Kokauri.
Qeyd edək ki, İJF Olimpiya öncəsi elan etdiyi reytinq cədvəlində öz çəki dərəcələri üzrə tutduqları mövqeyə əsasən Azərbaycanın 12 cüdoçusu lisenziya qazanmaq imkanında olub. Lakin mövcud qaydalara görə hər çəki dərəcəsində bir ölkədən yalnız bir cüdoçu iştirak edə bilər. Bu səbəbdən da Azərbaycan Parisə 12 cüdoçu ilə deyil, 9 cüdoçu ilə gedəcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.