Güləşçi qızlarımız AÇ-da 4 medal qazanıblar
Serbiyanın Novi-Sad şəhərində 17 yaşlı yeniyetmələr arasında idman güləşi üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı Avropa çempionatı davam edir. Çempionatın 5-ci günü sərbəst güləşçilərin mübarizəyə qatılması və qızların son beş çəkidə medallar uğrunda çıxışları ilə yadda qalıb.
AGF-dan verilən məlumata görə, qızların yarışının son günü dörd təmsilçimiz medallar uğrunda güləşib. Onlardan finalda güləşən Fatima Bayramova (53 kq) həlledici görüşdə uduzaraq gümüş medalla kifayətlənib. Nəzrin Əhmədzadə (40 kq), Günay Qurbanova (61 kq) və Zəhra Kərimzadə (69 kq) isə çıxışını üçüncü yerdə bitirməklə bürünc medala layiq görülüb. Bununla da qızlardan ibarət U-17 komandamız Avropa çempionatını 4 (0-1-3) medalla başa çatdırıb. Bundan sonra Azərbaycanın ümumi medallarının sayı 13-ə (3-3-7) çatıb ki, bunların da 9-u (3-2-4) Avropada birinci olan yunan-Roma komandamızın payına düşüb.
Çempionatın 5-ci günü sərbəst güləşçilər də mübarizəyə qatılıblar. İlk olaraq beş təmsilçimiz döşək üzərinə çıxıb. Onlardan ikisi - İsa Yusubovla (65 kq) Məhəmməd Qantemirov (110 kq) finala yüksəlib. Hacihuseyn Əhmədzadə (48 kq) bürünc medal uğrunda güləşmək hüququ qazanıb. Daha iki güləşçimiz - Hüseyn Hüseynov (55 kq) və Məhəmməd Abbaszadə (80 kq) isə mübarizəni təsəlliverici görüşlərdən davam edəcək. Bu görüşlər hamısı çempionatın altıncı günü (29 iyunda) keçiriləcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.