Yeniyetmə cüdoçularımız Avropa birinciliyinə bir qızıl, bir bürünclə başlayıblar
Dünən Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə cüdoçuların Avropa birinciliyinə start verilib. Birinciliyin start günü beşi zərif cins nümayəndəsi olmaqla, 9 təmsilçimiz tatami üzərinə çıxaraq medallar uğrunda mübarizə aparıb. Onlardan ikisi Bahadır Feyzullayev və Məhəmmədəli Qusiyev (hər ikisi 50 kq) daha yaxşı güləşərək mükafatçılar arasında yer alıb. Onlardan biri qızıl, digərisə bürünc medal qazanıb. Bahadır əsl bahadırlıq nümayiş etdirməklə bütün rəqiblərini tatamiyə çıxmağa peşman edib. Məhəmmədəli isə çıxışını üçüncü pillədə başa vurub. Yığmamızın heyətində yer alan Nihad Rəhimovla (55 kq) Diana Eldarova (48 kq) isə bürünc medal uğrunda görüşdə uduzaraq çıxışını beşinci yerdə başa vurub. Birincilik davam edir.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.