Yannik Sinner "Miami Open presendet by İtau" turnirinin qalibi olaraq reytinqdə 2-ci yerə yüksəlib
Mayamidə (ABŞ) kişi tennisçilər arasında keçirilən və mükafat fondu 8.995.555 dollar təşkil edən "Miami Open presendet by İtau" turniri həlledici final qarşılaşması ilə yekunlaşıb. Turnirin finalında italiyalı raketka ustası Yanik Sinnerlə bolqarıstanlı Qriqor Dimitrov qarşılaşıb. Xard örütüklü açıq kortda keçirilən görüş 22 yaşlı Yannikin qələbəsi ilə başa çatıb - 6:3, 6:1. Bununla da Yannik karyerasında 13-cü titulunu qazanıb. Ən əsası odur ki, Yannik Sinner bu qələbədən sonra ilk dəfə olaraq ATR-nın reytinq cədvəlində ikinci pilləyə yüksəlib. O, reytinq cədvəlində ispaniyalı Karlos Alkarası sıxışdırıb 3-cü pilləyə salmaqla cədvələ vahid liderlik edən serbiyalı Novak Cokoviçin ən yaxın təqibçisinə çevrilib.
Yalnız turnirin finalında məğlubiyyətlə üzləşən Dimitrov isə 11-ci pilləyə qalxıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.