"Azərreyl" növbəti qələbəsini qazanıb
Kişi voleybolçulardan ibarət klublarin mubarizə apardığı Azərbaycan çempionatının Yüksək Liqasinda növbəti oyunlar keçirilib. Bakı Voleybol Mərkəzində baş tutan oyunlar çərçivəsində münasibətləri ayırd etmək üçün ilk olaraq çempionatın vahid lideri olan "Azərreyl"lə MOİK qarşılaşıb. Görüş liderin quru hesablı qələbəsi ilə başa çatıb - 3:0 (25:14, 25:23, 25:13).
Günün ikinci matçında yarış cədvəlində ikinci yeri tutan "Murov Az Terminal"la ilk üçlüyü tamamlayan "Neftçi" üzləşib. Bu oyunda isə "Murov Az Terminal" qələbə sevincini yaşayıb - 3:1(25:22, 17:25, 25:18, 25:20).
Hazırda turnir cədvəlində vəziyyət belədir:
Azərreyl - 44, Murov Az Terminal - 40, Neftçi - 25, Xarı Bülbül (Şuşa) - 16, Xarı Bülbül (Laçın) - 4, MOİK - 0.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.