Vüqar Talıbov Antalya Dəbilqəsinin ikincisi olub
Azərbaycan yığması Antalya Dəbilqəsində 2 medalla 8-ci yeri tutub.
29-31 mart günlərində Antalyada (Türkiyə) kişi və qadın cüdoçular arasında keçirilən və Azərbaycan təmsilçilərinin də iştirak etdiyi reytinq xarakterli Böyük Dəbilqə turniri başa çatıb. Üç gün davam edən turnirdə Azərbaycan da daxil olmaqla 93 ölkəni təmsil edən 628 (305 kişi, 273 qadın) tatami ustasının mübarizə apardığı turnirin son günü Azərbaycan yığmasının daha bir üzü - 90 kq-da tatamiyə çıxan Vüqar Talıbov yalnız finalda büdrəyərək gümüş medal qazanıb.
Ondan əvvəl isə 73 kq çəki dərəcəsində çıxış edən Rəşid Məmmədəliyev eyni uqura imza atıb. Bununla da Azərbaycan yiqmasi Antalya Dəbilqəsini iki gümüş medalla başa vurub.
Bu nəticə ilə da yiqmamiz Türkiyə (0-1-5), Almaniya (0-1-2) və Braziliya (0-1-1) millisini geridə qoymaqla 8-ci yeri tutub.
İlk üçlüyü isə Yaponiya (5-1-2), Fransa (3-1-2) və Kanada (1-2-0) bölüşür.
Qeyd: Turnirdə hər çəkidə ilk üç yeri tutan cüdoçu aktivinə müvafiq olaraq 1000, 700 və 500 reytinq xalı yazdırıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.