Son triomuz turnirin son günündə tatamiyə çıxıb
Martın 29-da Antalyada (Türkiyə) kişi və qadın cüdoçular arasında startı verilən və Azərbaycan idmançılarının da iştirak etdiyi reytinq xarakterli Böyük Dəbilqə turnirinə bu gün yekun vurulacaq. Qeyd edək ki, ilk iki günündə Azərbaycan komandasının bir gümüş medal qazandığı turnirin son günündə daha üç təmsilçimiz tatamiyə çıxaraq medallar uğrunda güləşəcək. Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə son gündə mübarizəyə qatılan triomuz Vüqar Talıbov (90 kq), Uşanqi Kokuari və Camal Qamzatxanovdan (hər ikisi +100 kq) ibarətdir.
Yeri gəlmişkən, hazırda Azərbaycan komandasının aktivində bir gümüş medal var ki, o da Rəşid Məmmədəliyevin (73 kq) payına düşüb.
Qeyd: Reqlamentə görə, hər çəki dərəcəsində ilk üç yeri tutan cüdoçu aktivinə müvafiq olaraq 1000, 700 və 500 reytinq xalı yazdırmış olacaq. Bu isə müsbət mənada İJF-nin növbəti reytinq cədvəlində öz əksini tapacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.