Tbilisi Dəbilqəsinin ikinci günü uğursuz olub
Dünən Gürcüstanın paytaxtı Tbilisidə startı verilən və Azərbaycan cüdoçularının (10 kişi və 4 qadın) da qatıldığı reytinq xarakterli Böyük Dəbilqə turniri davam edir. Turnirin bu günə təsadüf edən ikinci günü Azərbaycan yığması üçün uğursuz olub. Belə ki, bu gün tatamiyə çıxan hər üç təmsilçimiz fiaskoya uğradaraq, mübarizəni erkən dayandirib. Triomuzdan yalnız Ömər Rəcəbli (81 kq) bir qədər irəli gedə bilib. Qeyd edək ki, ilk üç görüşünü qələbə ilə bitirən Rəcəbli 1/4 finalda büdrəyib. Bunun ardından isə o, qatıldığı təsəlliverici görüşdə uduzaraq mübarizəni dayandırıb. Onunla eyni çəkidə tatamiyə çıxan Məhərrəm İmamverdiyev ikinci, 73 kq çəkidə güləsən İbrahim Əliyevsə startda uduzub.
Turnirin ilk günü mübarizəyə qatılan cüdoçularımızdan Balabəy Ağayev (60 kq) və Ruslan Paşayev (66 kq) çıxışını üçüncü yerdə bitirməklə bürünc medala yiyələnib.
Reqlamentə görə, hər çəkidə ilk üç yeri tutan cüdoçu müvafiq olaraq aktivinə 1000, 700 və 500 reytinq xalı yazdıracaq.
Turnir davam edir. Sabah çəkisi 90, 100 və +100 kq olan kişi cüdoçularımız tatamiyə çıxacaqlar.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.