U-18 cüdo yığmamız Polşada 7 medal qazanıb
Polşada Azərbaycan finalı baş tutub
Polşanın Karakov şəhərində U-16, U-8 və böyük yaş kateqoriyasından olan cüdoçular arasında beynəlxalq turnir keçirilir.
İlk olaraq U-18-lərin yarışı başa çatıb. ACF-dən verilən məlumata görə, U-18 yığmamız yarışı 7 (3-2-2) medalla bitirib.
Yarışda qızıl medallar bütün görüşlərini qələbə ilə başa vuran Əli Abdullayev (60 kq), Hüseyn Şıxəliyev (66 kq) və Ömər Atayevin (81 kq) aktivinə yazılıb. Gümüş medalları yalnız həlledici finalda büdrəyən Dünyamalı Asdanlı (66 kq) və Ruslan Kazımov (+90 kq), bürüncləri isə çıxışını üçüncü yerdə bitirən Rəvan Məmmədli (55 kq) və Əli Cəfərov (66 kq) qazanıb.
Maraqlı məqamlardan biri 66 kq çəki dərəcəsində Azərbaycan finalının (Hüseyn Şıxəliyevlə Dünyamalı Asdanlı arasında) baş tutması və eləcə də bu çəkidə 3 cüdoçumuzun fəxri kursuyə qalxması olub.
İNTİQAM Məmmədov











03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.