Gənc cüdoçularımız AÇ-da iştirak edəcəklər
Sentyabrın 3-dən 6-dək Montoneqronun paytaxtı Podqoritsa şəhərində gənc cüdoçular arasında Avropa çempionatı keçiriləcək. 4 gün davam edəcək turnirdə ümumilikdə Azərbaycan da daxil olmaqla, 44 ölkədən 410 (226 oğlan və 184 qız) cüdoçu medallar uğrunda mübarizə aparacaq. ACF-dən verilən məlumata görə, ölkəmiz sözügedən yarışda 10 çəkidə 14 (9 oğlan və 5 qız) idmançı ilə təmsil olunacaq.
Oğlanlardan ibarət yığma komandanın baş məşqçisi Rüstəm Alimli, məşqçilər Elxan Rəcəbli və Əbdülhəqq Rəsulunun rəhbərliyi altında AÇ-ya qatılacaq yığmanın heyətində Ayxan Mirzəzadə (60 kq), Məhəmməd Musayev (66 kq), Əbil Yusubov (73 kq), Cəsur İbadlı, Mehdi Abbasov (hər ikisi 81 kq), Aslan Kotsoyev, Süleyman Şükürov (hər ikisi 90 kq), Davud Namazlı (100 kq) və Ramazan Əhmədov (+100 kq) yer alıb.
Baş məşqçisi Amina Abdellaitfova və böyük məşqçisi Saşa Herkenart-Vimar olan qızlar komandasının heyətində isə Nərgiz Əhmədova, Gülgəz Musayeva (hər ikisi 48 kq), Aysun Məmmədova (52 kq), Aytən Verdiyeva və Xədicə Qədəşovadam (hər ikisi 57 kq) ibarət beşlik cəmləşib.
İNTİQAM Məmmədov











03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.