Cüdoçumuz Ömər Rəcəbli Lozanna "BD"sində üçüncü olub
Lozannada (İsveçrə) cüdo üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı "Böyük Dəbilqə" turniri davam edir. Qeyd edək ki, Los-Anceles -2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən bu turnirin ikinci günü mübarizəyə qatılan təmsilçimiz Ömər Rəcəbli (81 kq) çıxışını üçüncü yerdə bitirməklə bürünc medal qazanıb və aktivinə 500 lisenziya xalı yazdırıb. Cüdoçumuz bürünc medal uğrunda görüşdə BƏƏ təmsilçisi Grorgiy Elbakiyə qalib gəlib. Yeri gəlmişkən, bu Ömərin cari mövsümdə üçüncü medalı olub. O, bundan öncə Avstriya Qran-Prisində üçüncü, Daşkənd "Böyük Dəbilqə"sində isə birinci yeri tutub.
Xatırladaq ki, Azərbaycanın 9 çəkidə 14 (10 kişi və 4 qadın) cüdoçu ilə qatıldığı bu turnirdə 72 ölkəni təmsil edən 513 (305+208) idmançı 14 çəkidə mübarizə aparır. Reqlamentə görə, hər çəkidə ilk 3 yeri tutan idmançılar müvafiq olaraq 1000, 750 və 500 reytinq xalı qazanır.
İNTİQAM Məmmədov











03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.