Azərbaycan yığması Dünya Seriyasının Bakı mərhələsini 7 medalla başa vurub
28-29 avqust günlərində Bakıdakı "Ses Breeze" istirahət mərkəzində kisi və qadınlar arasında çimərlik güləşi üzrə Dünya Seriyasının sayca 4-cü mərhələ yarışı keçirilib. Dünyanın bir sıra ölkələrindən olan idmançıların iştirak etdiyi bu mötəbər yarışda Azərbaycan ev sahibi olaraq 15 (11 kişi və 4 qadın) güləşçi ilə təmsil olunub və yarışı 7 (3-2-2) medalla başa vurub. Bu medallardan 6-sı (3-1-2) kişilərin, 1-i (0-1-0) isə qadınların aktivinə yazılıb. Bununla da 6 medal qazanan və 84 xal toplayan kişi komandamız komanda hesabında birinci yeri tutub. İkinci yerə 62 xalla Gürcüstan, üçüncü yerə isə 45 xal toplayan Ukrayna yüksəlib.
Qadınların komanda yarışında isə birinci yeri Ukrayna (100 xal) millisi tutub. Yarışda 1 gümüş medal qazanan və 40 xal toplayan Azərbaycan ikinci pillədə yer alıb. İlk üçlüyü isə 24 xalla İspaniya yığması tamamlayırb.
Qazanılan medallara gəlincə, qızıl medallar bütün görüşlərini qələbə ilə başa vuran Vüsal Əliyev (80 kq), Əşrəf Aşırov (90 kq) və ən ağırimiz olan, eləcə də hər çıxışı ilə tamaşaçılar arasında böyük coşqu yaradan Camal Feyziyevin (+90 kq) payına düşüb. Yeri gəlmişkən, AHİİTA-nın üzvü olan Camal Feyziyev yarımfinalda gürcüstanlı Tedero Ebanovidzeni, həlledici finalda isə Ukrayna təmsilçisi Vaja Dayaurini çətinlik çəkmədən məğlub edib.
Gümüş medallar yalnız həlledici finalda büdrəyən Sahib Dadaşovla (80 kq) Nərgiz Səmədovanın (60 kq) aktivinə yazılıb.
Çıxışını üçüncü yerdə bitirən Cavid Niftəlizadə (80 kq) və Ramiz Həsənov (90 kq) bürünc medala layiq görülüb.
Diqqət çəkən məqamlarından biri də 80 kq çəki dərəcəsində bütün medalları Azərbaycan təmsilçilərinin qazanması və onların eyni vaxtda fəxri kursuyə qalxması olub.
Yerı gəlmişkən, 90 kq çəkidə çempion olan güləşçimiz Əşrəf Aşırovoun gürcüstanlı Evsem Şvelidzeyə qarşı final görüşü də çox prinsipial və maraqlı olub. Aşurov yarımfinalda həmyerlimiz Ramiz Həsənov üzərindəki qələbəsini sözün əsil mənasında acıqverici şəkildə qeyd edən gürcüstanlı idmançını finalda məğlub edərək onun layiqli cavabını vermiş və ona özü tərzdə "mesaj" ataraq yerini göstərmişdir.
İNTİQAM Məmmədov



.jpg)
.jpg)
.jpg)
.jpg)








03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.