Qadın millimiz AÇ-nın 1/8 finalında
Avqustun 21-də Azərbaycan, Türkiyə, Çexiya və İsveçdə qadın voleybolçular arasında startı verilən Avropa çempionatının (CEV Trendyol EuroVelloy 2026 Women) qrup oyunlarına avqustun 28-də yekun vurulub. Xatırladaq ki, Azərbaycan millisi özü ev sahibliyi etdiyi "C" qrupunda Belçika, Hollandiya, Rumıniya, İspaniya və Portuqaliya yığması ilə mübarizə aparıb. Qrupda son tur çərçivəsində Azərbaycan millisi Hollandiya ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdə "Zambaqlar ölkəsi"nədən olan voleybolçular qalib gəliblər - 1:3 (24:15, 16:25, 22:25, 19:25).
Azərbaycan millisi bundan əvvəl Portuqaliya (3:1), İspaniya (3:0) və Rumıniya (3:2) komandasına qalib gəlib, Belçikaya (0:3) uduzub.
Son turun və son günün digər matçında isə Rumıniya millisi İspaniya yığması üzərində quru hesablı qələbə qazanıb - 3:0.
Bununla da "C" qrupunda ilk 4 yeri tutan Belçika (13 xal), Hollandiya (12 xal), Azərbaycan (8 xal) və Portuqaliya (5 xal) yığması AÇ-nın 1/8 final mərhələsinə vəsiqə qazanıb.
Çempionatın 1/8, 1/4, 1/2 və həlledici final oyunu Türkiyədə keçiriləcək.
Millimiz Avropa çempionatının 1/8 finalında "A" qrupunun ikincisi olan Türkiyə yığması ilə qarşılaşacaq. Həmin oyun sentyabrın 1-də Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
İNTİQAM Məmmədov











03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.