"Ulduz Cup"un qalibi "Drukarz" FK olub
Avqustun 24-dən 27-dək Quba Olimpiya İdman Kompleksində 2015-ci il təvəllüdlü (11 yaşlı) yeniyetmələr arasında futbol üzrə sayca üçüncü olan növbəti "Ulduz Cup" beynəlxalq turnir keçirilib. Gənclər İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və "Ulduz" Futbol Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən bu turnirdə 7 ölkəni təmsil edən 12 komanda iştirak edib. Komandalar ilkin təsnifat mərhələsində hərəsində 4 klub olmaqla 3 qrupda mübarizə aparıblar. Reqlamentə görə, yekunda hər rupda ilk iki yeri tutan (6 komanda) və iki ən yaxşı üçüncü yerin sahibi pley-offa vəsiqə qazanıb.
Sözügedən turnir sonda Polşa təmsilçisi "Drukarz" klubunun qələbəsi ilə başa çatıb. Qalib həlledici finalda "Ulduz" FA-nı minimal hesabla məğlub edib - 1:0.
Üçüncü yer uğrunda görüşdə isə "Qarabağ "la Özbəkistanın "Paxrtakor"u qarşılaşıb. Görüş "Paxrtakor"un qələbəsi ilə bitib - 0:2.
Turnirin sonunda isə qalib və mükafatçılar layiq olduqları medal, diplom və qiymətli hədiyyələrlə təltif olunublar.
Turnirin bağlanış mərasimində Gənclər İdman Naziri Fərid Qayıbov və Quba rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov iştirak edib.
İNTİQAM Məmmədov











03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.