Atletimiz Musab Məhəmmədtağıyev AÇ-da 3 qızıl qazanıb
Serbiyanın Priştina şəhərində 15 yaşlılar (U-15) arasında ağır atletika üzrə keçirilən Avropa çempionatı davam edir. Avqustun 23-də körpücük üzərinə çıxan təmsilçimiz Musab Məhəmmədtağıyev (70 kq) daha inamla çıxış edərək, ikisi kiçik olmaqla, 3 qızıl medal qazanıb.
AAAF-dan verilən məlumata görə, birdən qaldırmada 124 kq nəticə ilə birinci olub kiçik qızıl medal qazanan atletimiz Musab təkanla qaldırmada isə 145 kq ağırlığı ram edərək kiçik qızıl medal qazanıb. O, iki hərəkətin cəmində isə 269 kq göstərici ilə birinci yeri tutub və böyük qızıl medala layiq görülüb. Çempion olan atletimiz ikinci yeri tutan erməni Hayk Movsisyanı 17 kq geridə qoyub.
İNTİQAM Məmmədov











03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.