Güləşçimiz Hacı Kərimov DÇ-da gümüş, Yusif Dursunovsa bürünc medal qazanıb
Slovakiyanın paytaxtı Bratislavada 20 yaşıl (U-20) gənclər arasında idman güləşi üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də iştirak etdiyi dünya çempionatına avqustun 23-də çəkisi 70, 74, 97 və 125 kq olan sərbəst güləşçilərin son medal görüşləri ilə yekun vurulub. Mundialın son günündə iki təmsilçimiz - Hacı Kərimov (70 kq) və Yusif Dursunov (125 kq) medal görüşünə çıxıb. Hacı cempionluq görüşündə iranlı Sina Mehdi Xəliliylə üzləşib. Görüş rəqibin 3:7 hesablı üstünlüyü ilə başa çatınca, Hacı gümüş medalla kifayətlənib.
Yusif isə bürünc medal uğrunda görüşdə gürcüstanlı Aleksandre Abramişvili ilə qarşılaşıb. Görüş azərbaycanlı güləşçinin qələbəsi ilə bitib - 6:0.
Bununla da Azərbaycan yığmasının aktivindəki medalların sayı 9-a (1-4-4) çatıb.
Bu medallardan 5-i (1-1-3) yunan-Romaçıların, 2-si (0-2-0) qızların, 2-si (0-1-1) isə sərbəst güləşçilərin payına düşüb.
Azərbaycan millisinin aktivinə yazılan yeganə qızıl medalın sahibi həlledici finalda özbəkistanlı Dostonbek Oripovu məğlub edən Ayxan Cavadov (60 kq) olub.
İNTİQAM Məmmədov











03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.