Qadın voleybol millimiz AÇ-da növbəti qələbəsini qazanıb
Qadın voleybolçular arasında sayca 34-cü dəfə keçirilən Avropa çempionatında (CEV Trendyol EuroVelloy 2026 Women) qrup oyunları davam edir. Avqustun 23-də ikinci turun oyunları keçirilib. Qeyd edək ki, çempionatın "C" qrupunda yer alan və qrupun bütün oyunlarına ev sahibliyi edən Azərbaycan millisi ikinci tur çərçivəsində İspaniya yığması ilə qarşılaşıb. Milli Gimnastika Arenasında baş tutan görüş millimizin quru hesablı qələbəsi ilə başa çatıb - 3:0 (25:16, 25:22, 25:15). Beləliklə, ilk turda Portuqaliya millisini (3:1) məğlub edən Azərbaycan yığması hesabat turunda isə İspaniyanı məğlub edərək aktivindəki xalların sayını 6-ya çatdırmaqla yanaşı, cədvəlində vshid liderliyini davam etdirib.
Yeri gəlmişkən, bu gün ikinci tur çərçivəsində keçirilən digər oyunda isə Belçika millisi Portuqaliya yığmasını üstələyib - 3:0 (25:16, 25:21, 25:11).
Avqustun 24-də Azərbaycan millisi üçüncü tur çərçivəsində Rumıniya komandası ilə qarşılaşacaq (saat 18:30).
Günün digər matçında isə Hollandiya ilə Portuqaliya üzləşəcək.
Hazırda "C" qrupunda komandaların vəziyyəti belədir:
Azərbaycan - 6 xal, Belçika - 5, Hollandiya - 2, Rumıniya, İspaniya - hərəyə 1, Portuqaliya - 0 xal.
Qeyd: Qrup oyunlarına avqustun 28-də yekun vurulacaq. Reqlamentə görə, qrup mərhələsini ilk 4 yerdə başa vuran komandalar növbəti mərhələyə vəsiqə qazanacaqlar.
İNTİQAM Məmmədov











03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.