Cüdoçumuz Ayxan Həsənli DÇ-da ikinci olub
Ekvadorun Quayakil şəhərində yeniyetmə cüdoçular arasında keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı dünya çempionatında fərdi yarışlara yekun vurulub. Fərdi yarışların son günündə daha bir təmsilçimiz uğurla çıxış edərək mükafatçılar sırasında yer alıb. Söhbət 81 kq çəki dərəcəsində tatamiyə çıxan Ayxan Həsənlidən gedir. Qeyd edək ki, yalnız son həlledici görüşdə büdrəyən Ayxan dünya ikincisi olmaqla gümüş medala layiq görülüb.
Xatırladaq ki, startda Kosta-Rika, ardından isə Küveyt, Kolumbiya, Ermənistan və Yaponiya təmsilçisini üstələyən cüdoçumuz yalnız rusiyalı Daniyal Biybolatovla həlledici finalda məğlubiyyətlə üzləşib.
Yeri gəlmişkən, mundialın ilk günündə isə digər cüdoçumuz - Fərid Rzazadə (50 kq) qızıl medal qazanıb. Beləliklə, Azərbaycan biri qızıl, digəri gümüş əyarlı olmaqla iki medalla ümumi komanda hesabında 59 ölkə arasında beşinci, oğlanlar arasında isə dördüncü olub.
Avqustun 23-də çempionata komanda yarışı ilə yekun vurulacaq.
İNTİQAM Məmmədov











03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.