Güləşçimiz Hacı Kərimov DÇ-nın finalında
Slovakiyanın paytaxtı Bratislavada 20 yaşlı (U-20) güləşçilər arasında keçirilən idman güləşi üzrə dünya çempionatı artıq finişə yaxınlaşıb. Çempionatın 22 avqusta təsadüf edən 7-ci günü çəkisi 70, 74, 97 və 125 kq olan sərbəst güləşçilər mübarizəyə qatılıblar. Ölkəmizi bu çəkilərdə müvafiq olaraq, Hacı Kərimov, İsmayıl Rəhimov, Fərhad Süleymanlı və Yusif Dursunov təmsil edib. Adıçəkilən güləşçilərimizdən Hacı Kərimov (70 kq) daha inamla güləşərək finala yüksəlib. O, avqustun 23-də iranlı Sina Mehdi Xəliliylə final görüşünə çıxacaq.
Daha bir təmsilçimiz, finala çıxışda büdrəyən Yusif Dursunov (125 kq) isə həmin gün bürünc medal uğrunda görüşə çıxacaq.
Təəssüflər olsun ki, yeddinci gün döşək üzərinə çıxanlarımızdan İsmayıl Rəhimli (74 kq) və Fərhad Süleymanlı (97 kq) çempionatla erkən və əliboş vidalaşıb.
Yeri gəlmişkən, hazırda Azərbaycan yığmasının aktivində 7 (1-3-3) medal var ki, onlardan da iki gümüş qızların, qalanları isə yunan-Romacilarin payına düşür.
Avqustun 23-də çempionata yekun vurulacaq.
İNTİQAM Məmmədov











03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.