Hollandiya Rumıniyanı, Belçika isə İspaniyanı məğlub edib
Qadın voleybolçular arasında sayca 34-cü dəfə keçirilən və 4 ev sahibindən biri də Azərbaycan olan Avropa çempionatı (CEV Trendyol EuroVelloy 2026 Women) davam edir. Azərbaycanın ev sahibliyi etdiyi "C" qrupunda birinci tur çərçivəsində avqustun 22-də daha iki oyun keçirilib. Münasibətləri ayırd etmək üçün əvvəlcə Hollandiya millisi ilə Rumıniya qarşılaşıb. Tay-brekə qədər uzanan oyun narıncılarln qələbəsi ilə başa çatıb - 3:2 (25:21, 26:28, 25:15, 22:25, 15:9).
Ardından meydan Belçika - İspaniya duelinn ixtiyarına verilib. Bu oyun da olduqca gərgin mübarizə şəraitində keçib. Sonda qələbəyə sevinən Belçika olub - 3:2 (25:15, 18:25, 23:25, 25:7, 15:8).
Xatırladaq ki, çempionatın ilk günündə ev sahibi Azərbaycan millisi Portuqaliya yığması ilə qarşılaşmadan qalib ayrılıb - 3:1.
Avqustun 23-də qrupda ikinci tur çərçivəsində iki oyun keçiriləcək. Əvvəlcə Portuqaliya - Belçika (saat 15:30-da), ardından Azərbaycan - İspaniya (saat 18:30) matçı baş tutacaq.
Qrup oyunlarına avqustun 28-də yekun vurulacaq. Reqlamentə görə qrupda ilk 4 yeri tutan komandalar növbəti mərhələyə vəsiqə qazanacaqlar.
İNTİQAM Məmmədov











03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.