U-20 basketbol millimiz AÇ-da İsveçrəni məğlub edib
Slovakiyanın paytaxtı Bratislavada 20 yaşlı (U-20) oğlanlar arasında basketbol üzrə keçirilən və Azərbaycan millisinin də iştirak etdiyi Avropa çempionatının B dvizionunda yarışlar davam edir. ABF-dən verilən məlumata görə, millimiz iyulun 17-də 9-16-cı yerlər uğrunda İsveçrə yığması ilə qarşılaşıb. Görüşün əvvəlində hesabda geridə olan millimiz geridönüş edərək, qələbə qazanıb -72:66.
Matçın ən yaxşı oyunçusu adına millimizin üzvü Derin Berkoz layiq görülüb. O, 25 xal, 6 assistent və 5 ribaundla yadda qalıb. Millimiz növbəti matçını iyulun 18-də keçirəcək. Rəqib isə Danimarka - Bosniya və Herseqovina görüşünün qalibi olacaq.
İNTİQAM Məmmədov











03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.