Fransa - İspaniya. DÇ-2026-nın ilk yarımfinalı
ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi və sayca 23-cü dəfə keçirilən futbol üzrə dünya çempionatı artıq finişin bir addımlığındadır. Bu gün mundialda ilk yarımfinal matçı keçiriləcək. Qeyd edək ki, Bakı vaxtı ilə saat 23:00-da Arlinqton (ABŞ) şəhərindəki "Ey-Ti-end-Tu Stadium" arenada başlanacaq oyunda Fransa (xoruzlar) ilə İspaniya (Qırmızı furye) qarşılaşacaq. Və bununla da mundialın ilk finalçısı müəyyənləşəcək.
Yeri gəlmişkən, bu komandalar indiyədək müxtəlif turnirlərdə 38 dəfə qarşılaşıblar. Bu oyunlardan 13-də fransızlar, 18-də ispanlar qalib gəliblər. Daha 7 oyun isə heç-heçə bitib.
Topların fərqinə gəlincə, Fransa millisi 44, İspaniya isə 71 dəfə qol sevinci yaşayıb.
Keçirilən oyunların sayı və turnirlər:
Millətlər Liqası : 1-0-1;
AÇ seçməsi: 2-0-0;
Avropa çempionatı: 2-1-2;
Yoldaşlıq görüşü: 7-5-14;
DÇ seçməsi: 0-1-1;
DÇ : 1-0-0.
Bu gün isə rəqiblər 39-cu dəfə qarşılaşacaqlar.
İNTİQAM Məmmədov











03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.