AÇ-də son qızılı Yusif Dursunov qazanıb
Şimali Makedoniyanın paytaxtı Skopyedə 20 yaşıl (U-20) gənclər arasında idman güləşi üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı Avropa çempionatına dünən sərbəst güləşçilərin son çıxışları ilə yekun vurulub. Çempionatın sayca 7-ci günü olan bu son gün də Azərbaycan yığması üçün uğurlu olub. Son günün əsas qəhrəmanı isə 125 kq çəki dərəcəsində döşək üzərinə çıxan Yusif Dursunov olub. Son həlledici finalda rusiyalı Soslan Qabuyevi (4:3) də məğlub edən Dursunov yaşıdları arasında öz çəkisinin çempionu olub.
Yeri gəlmişkən, böyük məşqçi Əşrəf Əliyev, məşqçilər Rövşən Hacıyev, Nazim Əlicanov və Əsgərxan Novruzovun rəhbərliyi altında AÇ-yə qatılan sərbəst güləş üzrə yığmamız çıxışını ikisi qızıl, ikisi gümüş və dördü bürünc əyarlı olmaqla 8 (2-2-4) medal və 170 xalla başa vurub. Bu göstərici millimizə komanda hesabında Rusiyadan (194 xal) sonra ikinci yeri tutmaq imkanı verib. İlk üçlüyü isə 118 xalla ermənilər tamamlayıblar.
Yığmanın heyətində qazanılan medallara gəlincə, Dursunovla yanaşı Hacı Kərimov (70 kq) da qızıl medal qazanıb. Yalnız həlledici finalda büdrəyib Camal Abbasovla (61 kq) Nurlan Ağazadə (74 kq) gümüş, çıxışını üçüncü yerdə bitirən Mühəmməd İsmayılov (57 kq), Bəşir Verdiyev (65 kq), Məhəmməd Abbaszadə (86 kq) və Fərhad Süleymanlı (97 kq) bürünc medal qazanıb.
Beləliklə, sərbəst güləş üzrə yığmamızın heyətində yer alan 10 güləşvimizdən 8-i çıxışını mükafatçılar sırasında yer alıb.
Ümumi komanda hesabında isə Azərbaycan bu AÇ-nı 15 (4-5-6) medalla başa vurub. Medalların 8-i (2-2-4) sərbəst güləşçilərin, 2-si (1-1-0) qadınların, 5-i (1-2-2) isə klassiklərin payına düşüb.
İNTİQAM Məmmədov











03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.