Erlinq Haaland dublla Braziliyanı mundialdan kənarlaşdırılıb
Futbol üzrə keçirilən 23-cü dünya çempionatında 1/8 final mərhələnin oyunları davam edir. Dünən gecə saatlarında daha bir oyun Nyu-Yorkdakı (ABŞ) 87.157 yerlik "NevYork/Necə Jersey Stadium" arenada beşqat dünya çempionu adını daşıyan Braziliya millisi ilə Norveç qarşılaşıb. Taleyi FİFA referisi İsmail Elfata (ABŞ) həvalə edilən və 80.663 tamaşaçının birbaşa arenada izlədiyi həmin oyun Norveçin qələbəsi ilə bitib -1:2. Bununla da Norveç millisi mundialın 1/4 finalına, Braziliya isə evə üz tutub. Qeyd edək ki, matçın 11-ci dəqiqəsində sambaçıların penalti ilə hesabı açmaq şansları olsa da, bundan yararlana bilməyiblər. Beləliklə, ilk yarısı qolsuz bərabərliklə bitən matçda ilk qolu 79-cu dəqiqədə Erlinq Halann vuraraq, Norveçə hesabda İrəli çıxarıb - 0:1. 90-cı dəqiqədə isə Halann dubl edərək hesabı 0:2-yə çatdırıb. Halannın 90-cı dəqiqədə dubl etməsi praktiki olaraq Braziliyanın sonu olub.
Braziliyalılar matçın artırma dəqiqəsinin sonunda (90+10) penalti ilə yalnız bu qollardan birinin əvəzini çıxa bilib - 2:1. Penaltini Braziliya millisinin 34 yaşlı forvardı Neymar reallaşdırıb. Bu isə pentakampoenlər üçün ancaq təsəlli olub. Bununla da Braziliya millisi çempionatıar tarixində 1990-cı ildən bəri ilk dəfə mübarizəni 1/8 finalda dayandırıb. Bir maraqlı məqamı da qeyd edək ki, Braziliyanı son 6 dünya çempionatında Avropa təmsilçiləri mübarizədən kənarlaşdırıblar.
İNTİQAM Məmmədov











03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.