Kişi basketbol millimiz evdə İrlandiyaya uduzub
İyulun 5-də kişi basketolçular arasında FİBA Eurobasket - 2029-un ilkin təsnifat mərhələsinin qrup oyunları çərçivəsində son turun görüşləri keçirilib. Sözügedən turnirin A qrupunda yer alan Azərbaycan millisi sayca 6-cı olan hesabat turunda İrlandiya komandasını doğma divarlar arasında qəbul edib. Basketbolçularımız doğma publika qarşısına qələbə həvəsi ilə çıxsa da, görüş qonaqların qələbəsi ilə başa çatıb - 70:78.
Qeyd edək ki, matçın ilk 10 dəqiqəsi Tahir Baxşiyevin yetirmələrinin üstünlüyü ilə keçib -23:12. Birinci hissəni 11 xal fərqiylə üstün durumda bitirən millimiz növbəti hissələrdə təşəbbüsü eldən verib. İkinci hissədə rəqibin 19 xalına cəmi 12 xalla cavab verən Azərbaycan millisi üçüncü hissədə də rəqibdən geri qalıb - 20:22. Sonuncu hissədə millimizin üzvləri toparlanmaq istəsələr də, buna nail ola bilməyiblər. Nəticədə 4-cü hissə də rəqibin üstünlüyü ilə bitib - 15:23.
Xatırladaq ki, millimiz bundan əvvəlki oyunlarda Şimali Makedoniyaya (49:87 və 70:78) hər iki oyunda uduzub, Lüksemburqda oyunda (90:95 və 76:74) evdə uduzsa da səfərdə udub. İrlandiya ilə oyunda da (76:75 və 70:78) səfərdə qalib gəlsə də evdə uduzub.
Qrupda keçirilən digər oyunda isə Luksembur evdə Ş.Makefoniyanı qəbul edib. Oyunun nəticəsi hələ ki, bəlli olmayan
Hazırda A qrupunda vəziyyət belədir:
Ş.Makefoniya 5 5 0 +88 10
İrlandiya 6 2 4 -34 8
Azərbaycan 6 2 -34 8
Lüksemburq 5 2 3 0 7
İNTİQAM Məmmədov











03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.