Əfsanə daha bir Dünya Kuboku rekordunu qırır və milli komanda ilə vidalaşmağa hazırlaşır
Portuqaliyalı hücumçu Kriştiano Ronaldo pley-off mərhələsində meydana çıxan ən yaşlı oyunçu olmaqla Dünya Kuboku rekordunu qırdı.
Hücumçu 1/8 final mərhələsinin Xorvatiya ilə oyununda 41 yaş 147 günlüyündə start heyətində meydana çıxıb.
Əvvəlki rekord İngiltərə qapıçısı Peter Şiltona məxsus idi. O, 1990-cı il Dünya Kubokunda son oyununu 40 yaş 292 günlüyündə keçirmişdi.
Ronaldo beş Çempionlar Liqası titulunu, bir Avropa çempionatı titulunu və iki Millətlər Liqası kubokunu qazanıb. O, milli komandalar, qitə çempionatları, Çempionlar Liqası və Klublararası Dünya Kuboku tarixində ən çox qol vuran rekordçudur. 2022-ci ilin dekabr ayından bəri hücumçu Səudiyyə Ərəbistanının Əl-Nəsr komandasında oynayır və karyerası ərzində Sportinq Lissabon, Mançester Yunayted, Real Madrid və Yuventusun da şərəfini qoruyub. Ronaldo həmçinin beşqat "Qızıl top" mükafatının sahibidir.
Eyni zamanda, Ronaldonun 2026-cı il Dünya Kubokundan sonra milli komandadan ayrılacağı açıqlanıb. Bu barədə onun bacısı Katya Aveiro Sport TV-də məlumat verib.
Onun sözlərinə görə, etibarlı mənbədən hazırkı turnirin Ronaldonun milli komandadakı sonuncu turniri olacağı barədə məlumat alıb.
"Bəlkə də bu gün yox, amma inanıram ki, bu, vida olacaq. Bu, onun son rəqsidir", - Aveiro deyib.
Dünya Kuboku ABŞ, Kanada və Meksikada keçirilir. Final 19 iyulda baş tutacaq.











03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.