Braziliya millisi DÇ-2026-nın 1/8 finalına yüksəlib
Qrup oyunları yenicə bitən futbol üzrə 23-cü dünya çempionatında 1/16 final mərhələsində daha bir oyun keçirilib. Söhbət iyunun 29-da Xyuston şəhərindəki "NRG Sradium" arenasında baş tutan Braziliya - Yaponiya matçından gedir. Maraqlı və gərgin mübarizə şəraitində keçən və 72.220 azarkeşin canlı izlədiyi bu görüşdə gündoğan ölkənin futbolçuları hesabı açsalar da, sonda meydanı qələbə sevinci ilə tərk edən beşqat dünya çempionu adını daşıyan sambaçılar olublar 2:1.
29-cu dəqiqədə yaponiyalı Kaysyu Sano hesabı açıb - 0:1. İlk yarısı bu hesabla bitən oyunda növbəti qolu braziliyalılar vurublar. Müdafiəçi Qabrielin başla ötürməsini braziliyalı xavbek Kazemiru qola çevirib və bununla da pozulmuş status bərpa olub - 1:1.
Matçda son qolu 90+6-cı dəqiqədə Qabriel Martinelli vurub.
Bununla da italiyalı mütəxəssis Karlo Ançelottinin rəhbərlik etdiyi Braziliya millisi Kanadadan sonra adını mundialın 1/8 finalına yazdıran ikinci komanda olub.
Sambacıların 1/8 finaldakı rəqibi isə Kot-d'İuvar - Norveç matçının qalibi olacaq.
İNTİQAM Məmmədov











03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.