"İ" qrupunda Fransa və Norveç mundialın pley-offunda
İyunun 11-də start götürən futbol üzrə 23-cü dünya çempionatı qrup mərhələsinin oyunları ilə davam edir. Dünən mundialda ikinci tur çərçivəsində daha bir necə oyun keçirilib. Maraqlı oyunlar "İ" qrupunda baş tutub. Fransa millisi İrakla, Norveç yığması isə Seneqalla qarşılaşıb. Fransa rəqibini 3:0, Norveç isə 3:2 hesabla məğlubiyyətə uğradıb. Fransanın heyətində Kilian Mbappe, Norveç yığmasında isə Erlinq Halann dubl edib. Bu qələbə sayəsində həm Fransa, həm də Norveç millisi aktivlərindəki xalların sayını 6-ya çatdırmaqla DÇ-2026-nın pley-offna çıxmağı özünü təmin edib.
ABŞ-nin Filadelfiya şəhərindəki "Linkoln Financial Fled" stadionunda keçirilən Fransa - İrak oyununda vurulan qollara gəlincə, matçın 14-cü dəqiqəsində Maykl Oliiesin ötürməsindən sonra Fransa millisinin kapitanı Kilian Mbappe hesabı açıb - 1:0. Matçın 54-cü dəqiqəsində Mbappe Usman Dembelenin ötürülməsini qola çevirməklə dublunu reallaşdırıb - 2:0. Matcda son nöqtəni 66-cı dəqiqədə Dembele özü qoyub - 3:0.
İki turdan sonra "İ" qrupunda komandaların turnir vəziyyəti belədir:
Fransa 2 2 0 0 6-1 6
Norveç 2 2 0 0 7-3 6
Seneqal 2 0 0 2 3-6 0
İraq 2 0 0 2 1-7
Bu qrupda üçüncü tur çərçivəsində Fransa - Norveç və Seneqal - İrak oyunu keçirəcək.
Bu arada Norveçin 25 yaşlı forvardı Erlinq Halann qarşıdakı oyunla bağlı fikir söyləyib. O, bildirib ki, Fransa komandası cox güclüdür. Onlar həm bizi udacaqlar, həm də turnirin qalibi olacaq.
İNTİQAM Məmmədov










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.