Almaniya millisi vaxtından əvvəl DÇ-2026-nın pley-offuna yüksəlib
ABŞ, Kanada və Meksikada futbol üzrə keçirilən 23-cü dünya çempionatı davam edir. Dünən axsam saatlarında və eləcə də bu gün mundialda "E" və "F" qrupunda ikinci turun oyunları keçirilib. Günün maraqlı oyunlarından biri Almaniya ilə Kot-d'İvuar (Fildişi) komandası arasında olub. "E " qrupunda yer alan və İlk turda Korasao millisini məğlub edən Alman maşını ikinci turda isə Fildişini 2:1 hesabla məğlub edərək ilk iki oyundan sonra maksimum xal (6 xal) toplayaraq vaxtından əvvəl pley-offa vəsiqəni özünə təmin edib.
Bu qrupda keçirilən ikinci oyunda isə Ekvador millisi Karasao komandası ilə sülh bağlayıb - 0:0.
Hazırda "E" qrupunda komandaların turnir vəziyyəti belədir:
Almaniya 2 2 0 0 9-2 6
Fildişi 2 1 0 1 2-2 3
Ekvador 2 0 1 1 0 -1 1
Korasao 2 0 1 1 1-7 1
"F" qrupunda isə daha diqqətçəkən oyun ABŞ-ın Xyuston şəhərindəki "NRG Sradium" arenada Hollandiya millisi ilə İsveç arasında baş tutub. Taleyi ingiltərəni referi Maykl Oliverə həvalə edilən bu qarşılaşma hollandların böyük hesablı qələbəsi ilə bitib - 5:1. Qrupda baş tutan digər oyunda isə Yaponiya ilə Tunis üzləşib. İlk oyunda Hollandiya millisi ilə 2:2 hesablı sülh bağlayan Gündoğan Ölkənin komandası Tunislə oyunda rəqibini qol atəşinə tutub - 4:0
Hazırda "F" qrupunda komandaların turnir vəziyyəti belədir:
Hollandiya 2 1 1 0 7-3 4
Yaponiya 2 1 1 0 6-2 4
İsveç 2 1 0 1 6-6 3
Tunis 2 0 0 2 1-9 0
Bu gün axşam saatlarında "H" qrupunda İspaniya - Səudiyyə Ərəbistanı, "G" qrupunda isə Belçika - İran matçı keçiriləcək.
İNTİQAM Məmmədov










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.