Boksçumuz Səidcəmşid Cəfərov Dünya Kubokunda birinci olub
Cinin Quyyan şəhərində kişi boksçular arasında keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı reytinq xarakterli Dünya Kuboku turniri başa çatıb. Azərbaycan da daxil olmaqla, 40 ölkəni təmsil edən 300-dək dəri əlcək ustasının qatıldığı bu turnirdə üç bokscumuz daha inamla döyüşərək, mükafatçılar sırasında yer alıb. Mükafatçılarımız arasında ən yaxşı nəticəni isə 75 kq çəkidə rinqə çıxan Səidcəmşid Cəfərov göstərib. Final da daxil olmaqla, bütün görüşlərini qələbə ilə başa vuran Cəfərov Dünya Kubokunun qalibi olaraq, qızıl medal qazanıb. O, həlledici finalda bolqarıstanlı Rami Kiuanı hər üç raundda məğlub edib.
Digər iki təmsilçimiz - finala çıxışda büdrəyən Murad Allahverdiyevlə (80 kq) Alfonso Dominqes (90 kq) isə çıxışını üçüncü yerdə bitirməklə bürünc medala layiq görülüb.
İNTİQAM Məmmədov











03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.