Paraatletimiz Oloxan Musayev Tunis Qran-Prisində gümüş qazanıb
Tunisin eyniadlı paytaxtında paraatletika üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı Qran-Pri davam edir. Azərbaycan yığmasının 5 atletlə qatıldığı turnirin növbəti günü daha bir təmsilçimiz uğurla çıxış edərək mükafatçılar sırasında yer alıb. Söhbət F55 kateqoriyasında yarışa qatılan Oloxan Musayevdən gedir. O, nüvəitələmə yarışında özündən bir gün əvvəl çıxış edən komanda yoldaşı Rüfət Rəfiyevin (F36) uğurunu təkrar etməklə, gümüş medal qazanıb. F55 kateqoriyasında çıxış edən Musayev nüvəni 11,64 metr məsafəyə itələməklə ikinci yeri tutub.
Sözügedən turnirdə daha üç təmsilçimiz mübarizə aparacaq. Bu üçlükdə Elvin Astanov (F53), Samir Nəbiyev və Ömər Bozbaxov (hər ikisi F57) yer alıb. Son iki atletimiz həm də disk atma yarışında iştirak edəcək.
İNTİQAM Məmmədov










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.